5 saatdan az yatanlar… – Təhlükəli durum

Həkimlər xroniki yuxusuzluğun fəsadlarından danışıblar.

Gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çoxsaylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qarşısını alır. Bundan əlavə peyvənddən sonra orqanizmdə anticisimlərin yaranması yuxunun keyfiyyətindən asılıdır.

Son tədqiqatlara əsasən sutkada 5 və daha az saat yatanlarda digərlərinə nisbətən piylənmə riski iki dəfə artıqdır. Buna səbəb xroniki yuxusuzluğun toxluq və aclığa cavabdeh hormonun ifrazının zəifləməsidir. Bu hormonun balansının pozulması daimi aclıq hissinə səbəb olur.
Xroniki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiqi yüksəldir.

Mütəxəssislərin fikrincə beş saatdan az yatanların orqanizmləri qlükozanın transformasiyasını zəiflədir ki, bu da qanda şəkərin artmasına səbəb olur.

Yuxuda orqanizm dərinin elastikliyinə cavabdeh hormonlar ifraz edir. Bu hormonlar qırışların əmələ gəlməsində həlledici rol oynayır. Yaxşı yuxu dəri hüceyrələrinin bərpasını yaxşılaşdırır, sərbəst radikalların onlara mənfi təsirini azaldır.

Yuxusuzluq sümük kütləsinin formalaşmasına maneələr törədir. Bu fakt isə sümüklərin zədələnməsinə səbəb olan bir sıra xəstəliklər yarada bilir.

Yuxusuzluq orqanizmə yalnız fiziki zərər vermir, depressiyalara, psixi pozuntulara da səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.