Rospotrebnadzor Q.P. Somov adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru, Uzaq Şərq Federal Universitetinin Biotibb fakültəsinin Epidemiologiya şöbəsinin müdiri Mixail Şçelkanov koronavirus pandemiyasının bitmə tarixini açıqlayıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, alimin fikrincə, belə şəraitdə daha üç il yaşamalı ola bilərik.
“Bir çox regional xüsusiyyətlər var, lakin ümumi uzunmüddətli tendensiyadan danışsaq, o zaman 2022-ci ildə, eləcə də 2023-cü ildə hələ də pandemiya ilə yaşamağa hazır olmalıyıq, ola bilsin ki, 2024-cü ildə də. Ancaq hər şey əsasən bizim kollektiv immunitet səviyyəmizin nə qədər sürətlə artacağına və kollektiv immun səviyyəsinin virusun dəyişkənliyinə uyğun olub-olmayacağına görə müəyyənləşəcək”, – Şçelkanov RİA Novostiyə açıqlamasında qeyd edib.
Orqanik.az