1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment

ABŞ-da yaşayan fitnes məşqçisi Dryu Menninq öz üzərində çox maraqlı və eyni zamanda təhlükəli eksperiment aparıb.

Menninq 1 il ərzində əvvəl 32 kq artıq çəki yığıb, sonra isə bu çəkidən qurtulub.

Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, məşqçi bunu öz müştərilərini – kök insanları daha yaxşı anlamaq üçün edib.

Çəki yığmaq üçün Dryu idman zalına getməkdən imtina edib və daim fast-fud yeməklərini yeməyə və şirin qazlı içkiləri içməyə başlayıb. Bu “üsulla” məşqçi yarım il ərzində əzələləli pəhləvandan qarınlı şişman insana çevrilib. Artıq çəki ilə birlikdə eksperimentə qədər sap-sağlam olan Menninq bir sıra sağlamlıq problemlərini də “əldə edib” – yüksək xolesterin, təzyiq, immun sisteminin zəifləməsi və s.

Yarım ildən sonra Dryu artıq çəkidən azad olmağa başlayıb. Bunun üçün o, idman zalında məşqlərə başlayıb və sağlam qidalanmaya keçib. Yarım ildən sonra Menninq öz əvvəlki formasını tam bərpa edib.

Öz eksperimentin köməyi ilə Dryu Menninq sübut edib ki, sağlam qidalanma və idmanın köməyi ilə əhəmiyyətli şəkildə arıqlamaq mümkündür.

Dryu etiraf edib ki, eksperimentdən sonra artıq çəkisi olan insanları, onların psixologiyasını daha yaxşı anlamağa başlayıb. Onun sözlərinə görə, artıq çəki tək fizioloji deyil, həm də ciddi psixoloji problemdir. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.