Kəklikotundan qida sənayesində bir-çox yeməkləri dadlandırmaq məqsədilə istifadə edilir. Onun yarpaqlarının tərkibində olanlar orqanizm üçün çox faydalıdır. Kəklikotundan dəmlənən çaydan qədim romalılar, yunanlar, misirlilər istifadə edib. Kəklikotu dəmləməsinin faydasından qədim zamanlardan müalicə məqsədi kimi istifadə edilib.
Kəklikotu dəmləməsi orqanizmdə olan fibromialgiya, revmatoid artrit, Xaşımot və müxtəlif dəri xəstəliklərinin əlamətlərini azaldır.Bu çayın damarlarda əmələ gələn skleroz əlamətlərinin qarşısını aldığı da sübut edilmişdir.
Fibromialgiya əzələlərdə ağrı ilə özünü biruzə verən xəstəlikdir. Bu xəstəlik zamanı insanlarda ağrı ilə yanaşı keylik, əhval-ruhiyyənin pisləşməsi, yaddaş pozğunluqları da müşahidə edilir. Kəklikotunun təkibində olan timol, antimokrob təsiri ilə xəstəliyin əlamətlərini azaldır. Bunun üçün hər gün kəkliotu dəmləməsi içmək lazımdır.
Xaşimot xəstəliyi orqanizmin immun sistemi zəiflədikdə və qalxanvari vəzin funksiyası pozulduqda meydana çıxır. İmmun sistem isə orqanizmdə ən çox infeksion xəstəliklərin baş verdiyi zaman meydana çıxır. Kəklikotu dəmləməsinin orqanizmdə olan bütün bakteriya və viruslara qarşı antimikrob təsirini nəzərə alsaq, onun qəbulunun da bu səbəbdən əmələ gələn xəstəliklərin qarşısını ala bildiyini söyləyə bilərik.
Revmatoid artrit xəstəliyi arteriya damarlarının iltihabi xəstəliyidir Bu xəstəliyin əmələ gəlməsinə iltihabi proseslər səbəb olur. Uzun müddət hər gün kəklikotu dəmləməsi içmək nəinki, arteriya damarlarında, hətta, göz, ürək və qan damar sisiteminin digər damarlarında əmələ gələn iltihabi proseslərin aradan qalxmasına səbəb olur.
Mütəxəssislər 40 yaşdan yuxarı bütün insanlara hər gün kəklikotu dəmləməsi içməyi məsləhət bilir. Onların fikrincə, hər gün kəklikotu dəmləməsi içmək orqanizmi baş verə biləcək bütün iltihabi proseslərdən qoruya bilər.
Orqanik.az