Ətirdən istifadə kişilərdə sonsuzluq yaradır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə ginekoloq və süni mayalanma mütəxəssisi Hakan Çoksüer bildirib. Onun sözlərinə görə, ətirlərin tərkibində çox sayda kimyəvi maddə var və bu da kişilərdə sperma sayını azaldaraq sonzuluğa gətirib çıxarır.
Kimyəvi maddələrin həm dəri, həm də tənəffüs yolu ilə orqanizmə daxil ola biləcəyini bildirən həkim, bunun kişilərdəki testesteron hormonlarının keyfiyyətinə də mənfi təsir etdiyini qeyd edib.
Ətirlərin bəzi dərilərdə allergiya da yaratması mümkündür. Çoksüer, ətrin qoxu baxımından effektli təsirə malik olduğunu desə də, yanlış istifadə zamanı insan həyatı üçün çox riskli olduğunu bildirib:
“Ətir dəri ilə təmas etməməlidir. İnsanlar tərli olan zaman deyil, təmiz olan zaman bundan istifadə etməlidir. Çox istifadə edildikdə həmin gün duş qəbul etmək vacibdir. Ətri uzaqdan sıxmaq daha məsləhətdir. Maksimum orijinal ətirlər alınmalıdır”.
Orqanik.az