Ən çox kişilərdə rastlanılan xərçəng növü – İlkin əlamətlər

Xərçəng aşkarlanan insanların yarıdan çoxu həyatını itirir.

Hər il dünyada 18 milyon insan xərçəngə tutulur və 9,5 milyona yaxın insan bu xəstəlikdən dünyasını dəyişir. Ağciyər xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir.
Bakupost.az bildirir ki, ağciyər xərçəngi dünyada kişilərdə rastlanan xərçəng növləri arasında birinci yerdədir.

Qadınlarda isə ən çox görülən üçüncü xərçəng növüdür.

Mütəxəssislər bildirirlər ki, ağciyər xərçənginin 80 faizi siqaretlə əlaqəlidir.

Türkiyəli həkim Aygün Gür bildirib ki, siqaret ağciyər xərçənginin əsas səbəblərindən biridir:

“Siqaretlə yanaşı, qəlyan, elektron siqaret kimi tütün məmulatları da ağciyər xərçənginə gətirib çıxarır.

Bundan başqa havanın kirli olması, zəhərli maddələrə ətraf mühitə yayılması, genetika da ağciyər xərçənginə səbəb olur. Ağciyər xərçəngi ilə mübarizədə ən təsirli üsul insanların heç vaxt siqaretə başlamamasıdır.
Siqaret çəkənlər yaşından asılı olmayaraq tərgitməlidir”.

Ağciyər xərçəngi ağciyər toxumasındakı normal hüceyrələr nəzarətdən kənarda çoxalıb kütlə və ya şiş əmələ gətirdikdə baş verir. Kütlə böyüyür və əvvəlcə ətrafdakı toxumalara, qan dövranı ilə isə beyin və qaraciyər kimi digər orqanlara yayılır.

Ağciyər xərçənginin ilkin başlarda əlamət göstərmədiyini deyən Aygün Gür “Davamlı və artan öskürək, ağızdan qanlı və ya qanlı bəlğəm öskürək, nəfəs darlığı, döş qəfəsində ağrı, səsin batması, halsızlıq, iştahasızlıq, davamlı və təkrarlayan ağciyər infeksiyası kimi əlamətləri ola bilər” , deyə əlavə edib.

Diaqnoz üçün döş qəfəsinin rentgenoqrafiyası və tomoqrafiya kimi üsullarla xərçəng aşkar edildikdən sonra kütləyə çataraq nümunənin alınma üsulu təyin edilir.

Xərçəngin növü və mərhələsi müəyyən edildikdən sonra müalicə aparılır: “Ağciyər xərçəngində erkən diaqnoz çox əhəmiyyətlidir. Erkən diaqnoz nəinki müalicə şansını artırır, həm də ölüm riskini azaldır”.

Müalicə xəstənin yaşı, klinik vəziyyəti, xərçəngin növü və mərhələsi kimi faktorlar əsasında aparılır və cərrahiyyə, kimyaterapiya və ya radioterapiya proqramlarından bir və ya bir neçəsi birlikdə tətbiq edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.