Əməkdar artist plastik əməliyyatlarından danışdı

“Saç əkdirmişəm. Üç ay bundan əvvəl gözlərimin altında torbacıqlar vardı. Onları əməliyyat vasitəsi ilə götürtmüşəm. Özüm-özümdən ləzzət alan insanam. Güzgüyə baxanda saçımın biri səliqəli durmayanda tez su ilə isladıb düzəldirəm. Mən bu cür adamam. Kim bəyənir bəyənsin, kim bəyənmirsə, bəyənməsin”.
“Medicina” xəbər verir ki, Əməkdar artist Cavanşir Məmmədov “7 canlı” proqramında gözaltında əməliyyat etdirdiyini deyib.

“Gözün altındakı torbalar yuxusuz gecələr, əzab-əziyyət nəticəsində əmələ gəlir. Ailə saxlamaq, övlad böyütmək, tərbiyələndirmək, oxutmaq, onların ailələrini qurması var. Bəzən görürsən ki, izləyicilər sosial şəbəkədə şərh yazırlar ki, “Get plastik əməliyyat etdir”. Sən dünyadan bixəbər olan adamsan. Bu qədər estetik klinikalar var. Bəs, ora kimlər getməlidir?”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.