Əllə yeyilən yemək daha dadlıdır. Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu nəticəyə Stivens Universitetinin alimləri gəliblər.
Eksperimentdə iştirak edən insanlar eyni yeməyi əvvəl əllə, sonra çəngəl və bıçaqla yeyirdilər. Nəticədə bütün iştirakçılar qeyd etdilər ki, əllə yeyilən yemək onlara daha dadlı gəldi.
Alimlərin fikrinə görə, bunun səbəbi beyinin toxunuşa olan reaksiyasıdır – yeməyə toxunanda beyinə müəyyən siqnallar gedir və bu da yeməyin dadını daha xoş edir.
Mütəxəssislər qeyd edir ki, eksperimentin nəticələri anoreksiyadan əziyyət çəkən insanların müalicəsində istifadə oluna bilər. Kökəlmək istəyənlər də bunu nəzərə almalıdır.
Digər tərəfdən isə insan əllə yeyəndə daha çox yeyir və bu da çəkinin artmasına səbəb ola bilər. Odur ki, arıqlamaq istəyirsinizsə, əllə yeməyin.
Bəzi diyetoloqlar arıqlamaq istəyənlərə çin çubuqları ilə yeməyi tövsiyə edirlər. İnsan çin çubuqları ilə yedikdə asta-asta və adi vaxtlardan daha az yeyir.
Orqanik.az