Xroniki böyrək çatışmazlığının əmələ gəlmə səbəbləri

Xroniki böyrək çatışmazlığının əmələ gəlməsinə səbəb olan xəstəliklər aşağıdakılardır:
– böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər
* xroniki qlomerulonefrit
* yarımkəskin qlomerulonefrit
– böyrək kanalcıqlarının və intersistal toxumanın pozğunluqları
* pielonefrit
* intersistal nefrit
– böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz xəstəlikləri
* qırmızı qurd eşənəyi
* sistem sklerodermiya
* düyünlü periarterit
* Veqener qranulomatozu
* hemoragik vaskulit
– mübadilə pozğunluğu xəstəlikləri
* şəkərli diabet
* amiloidoz
* podaqra
* sistinoz
* hiperkalsiuriya
– böyrəklərin anadangəlmə, irsi xəstəlikləri
* böyrək polikistozu
* Alport sindromu
* diffuz mezangial nefroskleroz
* nefropatiya
– böyrəklərin birincili zədələnməsi
* bədxassəli hipertoniya xəstəliyi
* essensial hipertoniya
– obstruktiv nefropatiyalar
* böyrəkdaşı xəstəliyi
* hidronefroz
* sidik-cinsiyyət sisteminin şişləri.
Son illərdə şəkərli diabet xəstəliyinin də xroniki böyrək çatışmazlığına səbəb ola bilməsi müəyyən edilmişdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.