Wi-Fi-ın bilmədiyiniz ziyanları – yorğunluq, halsızlıq, cinsi həvəsin azalması…

İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilib.

Bir çox evlərdə Wi-Fi quraşdırılıb. Wi-Fi routerin şüalarının miqdarı az olsa da, araşdırmalar göstərib ki, bu şüaların orqanizmdə toplanması mümkündür. Alimlərin fikrinə görə, şüaların toplanması insanın əhvalına və sağlamlığına mənfi təsir edə bilər.

Orqanik.az medicinform-a istinadla xəbər verir ki, alimlər Wi-Fi-dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların mümkün olduğunu qeyd edirlər:

– Baş beyini

Kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.

– Sinir sistemi

Apatiya, halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.

– Kişi sağlamlığı

Cinsi həvəsin və potensiyanın azalması, spermanın keyfiyyəninin aşağı düşməsi.

– Uşaqlar

Uşaqların inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.

– Hamilə qadınlar

Mütəxəssislər hamilə qadınlara Wi-Fi şüalarından uzaq olmağı, İnternetdən az istifadə etməyi tövsiyə edirlər.

Alimlər Wi-Fi şüalarının orqanizmə olan mənfi təsirini azaltmaq üçün Wi-Fi routeri uşaq və yataq otaqlarından uzaqda yerləşdirməyi, gecə saatlarında routeri söndürməyi tövsiyə edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.