Türkiyədə gücləndirici doza kimi “Turkovac” istifadəyə verilib

Türkiyədə gücləndirici doza kimi təsirsiz hala gətirilən “Turkovac” koronavirus peyvəndinin tətbiqi ilə bağlı araşdırmalara başlanılıb.

Orqanik.az “Report”a istinadən bildirir ki, bu barədə Ankara Şəhər Xəstəxanasının baş həkimi, tədqiqat koordinatoru İhsan Atəş bildirib.

“Türkovac” peyvəndi azı 90 gün əvvəl “Pfizer” və “BioNTech”dən peyvəndinin iki dozasını alanlar qəbul edəcək”.

“Turkovac” peyvəndi Erciyes Universiteti tərəfindən Türkiyənin Səhiyyə Nazirliyi yanında Xalq Sağlamlığı İnstitutu ilə əməkdaşlıq şəraitində hazırlanıb. Nazirlik 2021-ci il dekabrın 22-də onun ölkədə fövqəladə istifadəsinə icazə verib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.