Təzyiqi salmaq üçün ÇOX SADƏ ÜSUL. Dərmansız!

Yüksək arterial təzyiq insan sağlamlığı üçün çox təhlükəlidir, müxtəlif pozulmlara səbəb olur, həyatı qısaldır.

Bu səbəbdən arterial təzyiqinə daim nəzarət etmək və normada saxlamaq lazımdır.

Hipertoniya xəstəliyindən əziyyət çəkənlərə bu məqsədlə xüsusi təzyiq salan preparatlar təyin olunur. Xəstə bu preparatları müntəzəm olaraq, əksər hallarda həyatın sonuna kimi qəbul etməlidir.  Müalicə düzgün təyin olunubsa və xəstə həkimin tövsiyələrinə məsuliyyətli yanaşırsa, bu təzyiqi daim normada saxlamağa imkan verir.   

Lakin bəzən hipertoniyadan əziyyət çəkməyən insanlarda da təzyiq bir qədər qalxa bilər. Bu halda təzyiqi dərmansız da salmaq mümkündür.

Orqanik.az bildirir ki, tanınmış rusiyalı həkim Pavel Evdokimenko belə hallarda duz vannasını qəbul etməyi tövsiyə edir. Suyun temperaturu 37-38 C olmalıdır. (Bu çox vacibdir!) Suya 5-10 x.q. adi xörək duzu əlavə olunur və qarışdırılır. Vannanı 10-15 dəqiqə ərzində qəbul edin (bundan çox yox!). Belə vannadan sonra təzyiq adətən düşür və insan yuxuya gedir.

Diqqət! Əgər sizdə təzyiq tez-tez qalxırsa, mütləq həkimə müraciət edin. Bu hipertoniyanın inkişafına işarə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.