Müasir insanın sinir sistemi daim ciddi yükləmələrə məruz qalır. Bu xüsusilə böyük şəhərlərdə yaşayan və işləyən insanlara aiddir.
Sinir sistemi uzun müddət ərzində “dözür”, lakin sonra onda müxtəlif pozulmalar yaranmağa başlayır.
İnsanın sinir sistemi ürək-damar, endokrin, həzm, immun sistemləri ilə sıx əlaqəli olduğundan bu sistemlərdə də müxtəlif problemlər yaranır.
Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, zəifləmiş sinir sistemi bizə bu kimi SOS siqnalları göndərir:
– səbəbsiz narahatçılıq, qorxular, pis fikirlər
– apatiya, həyata marağın azalması
– əsəbizlik
– gecə yuxusunun pozulması, günorta saatlarında isə əksinə yuxululuq
– səbəbsiz, keçməyən yorğunluq
– iş qabiliyyətinin azalması
– diqqət, yaddaş və təfəkkürün zəifləməsi
– tez-tez təkrarlanan baş ağrıları
– iştahanın azalması və ya əksinə patoloji artması, həzm proseslərinin pozulması
– ürək döyünməsinin artması
– qan qəzyiqinin gah qalxması, gah da düşməsi.
Sizdə bu simptomlar varsa, həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz. Daha çox yatın və dincəlin, kompüter və telefondan daha az istifadə edin, açıq havada gəzin, fiziki aktivliyinizi artırın, idmanla məşğul olun, qidalanmanıza fikir verin.
Xalq təbabətində sinir sisteminə müsbət təsir edən bir çox vasitələr var. Nanə, melissa, passifora, pişikotu, çobanyastığı, dazıotu, yemişan kimi bitkilər sinir sisteminə çox yaxşı təsir edir, sakitləşdirir, tənzimləyir, yuxunu yaxşılaşdırır.
Otları qarışdırıb hər gün bu qarışıqdan 1 ç.q götürüb 1 fıncan isti suda dəmləyib adi çay kimi içə bilərsiniz. Otları ayrı-ayrı da istifadə etmək olar.