Quru dərisi olanlar bunları etsin

Əgər dəriniz qurudursa, bu, sizə bir çox problemlər yaradır. Makiyaj zamanı krem üzünüzə yaxşı oturmur, dəriniz qırışır, qabıq verir. Bunun üçün dərini nəmləndirmək mütləqdir.

Orqanik.az axşam.az istinadən dərini nəmləndirəcək vasitələri təqdim edir:

– Kök, avokado, bal, zeytun yağı və yumurtanı qarışdırın. Üzünüzə çəkib 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

– Bal, zeytunyağı və yumurtanı qarışdırıb üzünüzə çəkin. 10 dəqiqədən sonra yuyub, nəmləndirici krem çəkin.

Xiyarı sürtkəcdən keçirin və üzərinə aloe şirəsi töküb qarışdırıb üzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.