Qırışları aradan qaldıran maskalar

Yaş artıqdca dəri toxumaları elastikliyini itirir. Bu da zamanla qırışların yaranmasına səbəb olur. Arzuolunmaz qırışlardan isə təbii vasitələrlə də qurtulmaq mükündür.

Orqanik.az axşam.az-a istinadən ev şəraitində qırışlara qarşı istifadə edə biləcəyiniz maskaları təqdim edir.

Yaş maya maskası

1 ədəd yaş mayanı ilıq su ilə krem ​​halına gələnə qədər qarışdırın. Daha sonra maskanı qırış olan nahiyəyə çəkib 30 dəqiqə gözləyin. Dərinizi soyuq su ilə yuyaraq təmizləyin.

Xiyar maskası

1 ədəd xiyarı əzin və suyunu çıxarın. Üzərinə yarım çay stəkan süd əlavə edib qarışdırın. Pambıq vasitəsi ilə qarışımı qırış olan bölgəyə çəkin. Quruduqdan sonra eyni prosesi 3 dəfə təkrarlayın. Sonda 10 dəqiqə gözləyib maskanı soyuq su ilə yuyun.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.