Porfiriya – vampirlər xəstəliyi

Porfiriya - vampirlər xəstəliyi

Vampirlər uydurma deyil. Vampirlər xəstəliyi həqiqətən mövcuddur. Bu “porfiriya” adlı çox nadir genetik pozulmadır.

Kinolarda göstərilən vampirlərlə bunun çox az əlaqəsi var. Pofriyadan əziyyət çəkənlər insanların qanını sovurmur, onların qeyri-adi qabiliyyətləri yoxdur, lakin onlar həqiqəqtən gün şüalarından qorxur.

Porfiriya zamanı xəstənin orqanizmində hemoqlobinin istehsalı pozulur ki, bunun nəticəsində orqanizmdə toksiki maddələr “porfirin”lər yığılmağa başlayı. Bu da müxtəlif pozulmalara səbəb olur.

Porfiriyanın əsas risk faktoru qan qohumları arasında nikahlar sayılır.

Porfiriya zamanı xəstənin dəri örtükləri günə qarşı çox həssas olur. Gün şüalarının təsirindən dəridə suluqlar, yaralar əmələ gəlir. Yaralar sağalanda yerində xəstəni eybəcər hala salan çapıqlar qalır.

Xəstəliyin gecikmiş mərhələlərində xəstənin dodaqları və dodaqlar ətrafında olan dəri quruyur, dişlər görünməyə başlayır, tünd qırmızı rəng alır.

Bu səbəbdən porfiriyadan əziyyət çəkənlər çölə yalnız qaranlıqda çıxmağa çalışır.

Xəstəliyin nəticəsində tək dəri deyil, həm də qığırdaqlar, xüsusilə burun və qulaq qığırdaqları, zədələnir, barmaqlar əyilir.

Həmçinin porfiriya xəstəliyinin simptomları arasında: güclü tüklənmə, sidiyin və nəcisin qırmızı rəngdə olması.

Porfiriya xəstələrində sinir sistemi pozulmaları da müşahidə olunur.

Sadaladığımız simptomlar porfiriyanın ağır formaları üçün xarakterlidir. Xəstəliyin yüngül formalarına daha tez-tez rast gəlinir. Belə formalarda xəstələrdə günə qarşı allergiya olur – dəri qızarır, qaşınır. Buna fotodermatoz deyilir.

Porfiriya xəstəliyini tam müalicə etmək mümkün deyil. Belə xəstələr dermatoloqda simptomatik müalicə alır. Xəstəliyin kəskinləşməsinin profilaktikası üçün xəstə özünü daim gün şualarından qorumalı, spirtli içkiləri qəbul etməməli, streslərdən uzaq olmalı, kimyəvi maddələrlə kontaktda olmamalıdır.

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.