Orqanik yumurtanın faydaları

Orqanik kənd yumurtası

Orqanik yumurta növləri

Toyuq yumurtası quş yumurtaları arasında ən çox istifadə edilən yumurtadır. Müxtəlif növlərə mənsub olan toyuqların müxtəlif cür yumurtaları olur. Yumurtaların rəngi, ölçüsü və quruluşu onların növlərindən asılı olaraq fərqli olur. Toyuq orta hesabla 24-25 saatdan bir yumurtlayır. Ağ toyuqların yumurtasının rəngi ağ, rəngli toyuq yumurtalarının rəngi isə sarı və ya daha tünd olur. Yumurtaların rəngi müxtəlif olduqlarına baxmayaraq, onların qidalandırıcılıq dəyəri eyni olur.

Yumurtanın rəngi

Yumurtanın ölçüsü toyuğun yaşından və cinsindən asılı olaraq fərqli olur. Daha iri ölçüyə malik olan kənd toyuqlarının yumurtaları iri olur. Yumurtanın ölçüsünə toyuğun temperaturunun, zəif qidalanmasının da təsiri böyük olur. Yumurtanın sarı hissəsinin rəngi toyuğun yediyi qidalardan asılı ola bilir. Belə ki, tərkibində boyaq maddələri olan bitkilərlə qidalanan toyuğun yumurtası tünd sarı rəngdə olur.

Yumurtanın qida dəyəri

100 qram orqanik kənd toyuğu yumurtasının qida dəyəri:

  • Zülallar – 12,7 qr
  • Yağlar – 11,5 qr
  • Karbohidratlar – 0,7 qr
  • Su – 73,5 qr
  • Kalori – 159 kKal.

Yumurtanın tərkibi, orqanizmə faydaları

Toyuq yumurtası orqanizm tərəfindən 97-98% sorula bilən və bağırsaqlarda şlakların yığılmamasına səbəb olan yeganə qida vasitəsidir. Toyuq yumurtası orqanizmin normal funksiyalarını yerinə yetirməsinə yardım edən qidalardandır. Toyuq yumurtasının tərkibi amin turşuları, makro və mikro elementlərlə zəngindir. Onun tərkibi kalsium, maqnium, fosfor, kalium, natrium, xlor, kükürd, dəmir, sink, marqanes, yod, xrom, ftor, bor, miolibden, kolbat , E, C,D, A, H, PP, K və digər vitraminlərlə zəngindir.

Yumurta sarısının faydaları

Yumurta sarısı D vitamini ilə zəngindir. Gün ərzində ən azı 1 ədəd yumurta yemək orqanizm üçün çox faydalıdır. Bu yorğunluğun, pis əhval-ruhiyyənin aradan qalxmasına səbəb olur, qaraciyərin və öd yollarının işini normallaşdırır. Yumurta sarısının tərkibində olan lesitin antioksidant təsirə malikdir. O beynin işini yaxşılaşdırmaqla yaddaşı möhkəmləndirir. Onda olan E vitamini və dəmir yorğunluğu aradan qaldırır, görmə ilə əlaqədar olan problemləri həll edir. Yumurta sarısında olan xolin süd vəzi xərçənginin əmələgəlmə riskini aradan qaldırır.

Yumurta xərçəngdən qoruyur:

Onkoloqlar döş xərçənginə yaxalanmamaq üçün qadınlara gün ərzində 2-3 yumurta yeməyi məsləhət bilir. Bu xəstəliyin əmələ gəlməsinin qarşısını 24% alır. Yumurta ağının tərkibi B qrup vitaminlərlə zəngindir. Yumurta yemək beyinin fəallaşmasına, cinsi həvəsin normallaşmasına səbəb olur.

Yumurta ilə bağlı araşdırmalar:
Mütəxəssislər kişilərə çiy yumurta içməyi məsləhət bilir. Bu spermatozoidlərin hərəkətliliyini sürətləndirir. Tərkibində olan D vitaminin miqdarı yanlız balıq yağında olan D vitaminindən geri qalır. Yumurta ağının qida dəyəri daha çox yüksəkdir. Onun tərkibində çoxlu miqdarda zülallar var.

Yumurtanın qana təsiri:
Yumurta yemək qanda xolesterinin miqdarını azaldır, pis xolesterinin əmələ gəlməsinin qarşısını alır. Yumurta ağını tərkibində ən çox antioksidantlar olan qidalarla müqayisə etmək olar. Yumurtanın qabığında da çoxlu miqdarda mikroelementlər var. Yumurtanın qabığında 27 növ mikroelement var. Onun üyüdülmüşündən mineral çatışmazlığı zamanı istifadə edilir. Tərkibində olan kalsiumun orqanizm tərəfindən asan sorulması üçün onu limon turşusunda saxlamaq və sonra qəbul etmək lazımdır. Yumurta qabığından istifadə etmək üçün əvvəlcə yumurtanın içərisini boşaltmaq, sonra qabığı yuyub qurutmaq lazımdır. Qurudulmuş qabıqları qəhvəüyüdən maşında üyütdükdən sonra onu həkimin təyin etdiyi miqdarda qəbul etmək lazımdır.

Yumurtanın zərərli xüsusiyyətləri:
Xəstə yumurtalar orqanizmə daxil olan zaman bağırsaqlarda və qanda xəstəliklərin baş verməsinə səbəb olur. Sanitariya sahəsində işləyən həkimlər yumurtanı istifadə etməzdən əvvəl onun sabunla yumağı məsləhət bilir. Həkimlər insanlara çiy yumurtadan istifadə etməməyi mıəsləhət bilirlər. Hardvard Universitetinin həkimləri kişilərə həftədə 7-dən çox yumurta yeməyi məsləhət bilmir. Onların araşdırmaları çox yumurta yeməyin kişilərə olan ölüm riskinin 23% artırdığını söyləyirlər. Şəkərli diabet xəstələrinin yumurtadan çox istifadə etmələri onlarda insult və infarkt riskinin 2 dəfə artmasına səbəb olur.

Diyetik faydaları:
Kənd toyuğu yumurtası çox yüksək kaloriliyi ilə seçilir və aclığı götürməklə yanaşı orqanizm tərəfindən asanlıqla mənimsənilir. Hər 100 qr məhsulda 157 kKal enerji vardır. Yumurtanın tərkibində yağ olduğu üçün, əsasən, normal bədən quruluşunu saxlamaq üçün soyutma halda qəbulu yetərlidir.

Fərqli araşdırmalar:
Finlandiyalı alimlər bildiriblər ki, kişilər sağlamlığı möhkəmləndirmək üçün qida məhsulları sırasına yumurtanı da əlavə etməlidirlər.

Orqanik toyuq yumurtası yemək ikinci tip şəkərli diabetin inkişaf riskini 37 faiz azaldır. Kənd yumurtası, həmçinin ürək-damar sisteminin möhkəmlənməsinə kömək edir.

Lakin alimlər sübut ediblər ki, bu ərzaq məhsulu kişilər üçün xüsusilə faydalıdır.

Bundan əvvəl bildirilib ki, orqanik toyuq yumurtası və ondan hazırlanan yeməklər insanın baş-beyin damarları üçün faydalıdır. Gündə heç olmasa bir yumurta yemək yaşlı adamlarda insult keçirmək ehtimalını 12 faiz azaldır. Toyuq yumurtası döş xərçənginin qarşısını almağa da kömək edir. Onun tərkibində olan Omeqa-6 polidoymamış yağlar döş xərçənginin yaranması riskini azaldır.

Mayakovskidən oğurluq kimi çıxmasın, çoxlarımız yumurta deyəndə xolesterin, xolesterin deyəndə yumurta başa düşürük. Xolesterin isə az qala insanın 1 nömrəli qatili sayılır.

Bir balaca xəstələnən kimi həkimlər dərhal yumurtanı “haram” buyurub menyumuzdan çıxarır. Tibdən az-çox başı çıxan on adamın doqquzundan soruşsan, deyəcək ki, “yumurtada çoxlu xolesterin var və bu, ürəyə ziyandır”. Odur ki, həkimlər normal adama da həftədə üçdən artıq yumurta yeməməyi məsləhət görürlər…

Amerika alimləri əmindirlər ki, toyuq yumurtası yeməyi sevənlər, ürək-damar xəstəlikləri bir tərəfə, şəkərli diabet xəstələyinə də daha çox tuturlar. 25 il araşdırma aparan ekspertlər 2009-cu ildə aləmə car çəkmişdilər ki, toyuq qanda xolesterinin və şəkərin səviyyəsini artırır. Odur ki, alimlər məsləhət görürlər ki, həftədə 2-3 yumurta yemək kifayətdir.

Ancaq son məlumatlara görə, məsələ heç də belə deyil və ya deyildiyi qədər qorxulu deyil. Və yaxud alimlər gah elə deyirlər, gah da belə…

Yumurta əvvəlki yumurta deyil:
Böyük Britaniyanın Səhiyyə Nazirliyinin mütəxəssisləri bu yaxınlarda aydınlaşdırıblar ki, toyuq yumurtası 30 il əvvələ nisbətən daha çox faydalı olub.

Sən demə, müasir yumurtalarda daha çox vitamin və minerallar, daha az yağlar və xolesterin var. Bundan başqa, onun kalorisi də azalıb. Ən əsası isə müasir toyuqların yumurtalarında D vitamini 70 faiz daha çoxdur.

Böyük Britaniyanın Milli Qida Fondunun nüfuzlu tibb nəşri hesab edir ki, indiyədək yumurtaya “böhtan” atılıb: “Yumurtanın ürək xəstəlikləri ilə bağlılığı barədəki mifləri dağıtmaq və onun bizim qidamızdakı qanuni yerini bərpa etməyin vaxtı çatıb. Yumurtanın balanslı rasion üçün böyük önəmi var”.

Gör bu jurnal yumurtaya nə təriflər yağdırır: “Yumurta qida maddələri ilə boldur, o, yüksəkkeyfiyyətli zülalların qiymətli mənbəyidir, özü də ziyanlı yağları və kalorini özündə az saxlayır”.

Və yaxud: “Yumurtadakı zülalın yüksək keyfiyyəti bədənin normal kütləsini saxlanmağa və ya izafi çəkini azaltmağa kömək edir. Bunun sayəsində də piylənməyə qarşı böyük rol oynayır”.

İnsan… dovşan deyil

Əvvəllər yumurta süfrəmizdən əksik olmazdı. Məsələ, sadəcə, yumurtanın qiymətində deyil. Onun qida rasionundan az qala çıxdaş edilməsi həm də son 30-40 ildə yupyumru, ağappaq yumurtanın tibb elminin “qara siyahısı”na düşməsi ilə bağlıdır.

Ötən əsrin 20-30-cu illərində alimlər dovşanlar üzərində apardıqları tədqiqatlardan (biçarə dovşanlara at dozasında xolesterin yedirtmişdilər) sonra hökm verdilər ki, xolesterin heyvanların damarlarında yığılır və ateroskleroz (ürək-damar xəstəliyi) yaradır. Və 70-ci illərdə təcrübələrini başa çatdıran alimlər xolesterinə bütün cəbhə boyu müharibə elan etdilər.

Təbii ki, əsas hədəf xolesterinlə bol olan yumurta oldu. Və bu zaman alimlər bir çox faktları görməzlikdən gəldilər. Məsələn, qidalarına böyük dozada daxil edilən xolesterin at, it və digər heyvanlara təsir göstərməmişdi. Sonradan aydınlaşdı ki, insan orqanizminin bu maddəni həzm etməsi prosesi atdakı kimidir, nəinki dovşandakı kimi…

1991-ci ildə Amerikanın nüfuzlu “NEJM” (The New Enqland Journal of Medicine) jurnalı anekdotsayağı məqaləsini belə bir başlıqla dərc edir: “Gündə 25 yumurta yeyən 88 yaşlı qocanın qan plazmasında xolesterin normal səviyyədədir”.

Qocalar evində yaşayan məqalənin qəhrəmanına gündə 20-30 yumurta alınır, o da heç bir problem olmadan onları həzmi-rabedən keçirirmiş. Belə qidalanma azı 15 il davam edibmiş və xolesterinin səviyyəsi qocada normal, səhhəti isə yaşıdlarından heç də pis olmayıbmış.

İblis detallarda gizlənir:
Elmi araşdırmalardakı ziddiyyətlərə baxmayaraq hələ də yumurta və xolesterinlə qorxudulma davam edir. Özü də bu qorxuzmanın məntiqi çox primitivdir:

  • Qanda xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəliklərindən ölüm riskini artırır (çox düzgün fikirdir).
  • Xolesterinin qanda azalması bu xəstəliklərdən ölüm riskini azaldır (bu da düzgün fikirdir).
  • Bir çox ərzaq məhsullarında, o cümlədən yumurtada xolesterin boldur (bu da düzdür).

Adi Aristotel sillogizmi ilə bu düzgün fikirlərdən belə məntiqi nəticə və ya hökm çıxır: yumurta ilə qidalanmaq ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır və ölüm riskini artırır.

Lakin bu nəticə-hökm heç də düzgün deyil. Qandakı xolesterinlə ərzaqdakı xolesterin başqa-başqa şeylərdir. Xolesterini bol olan ərzaq məhsullarının qandakı xolesterinə təsiri zəif və cüzidir.

Qida ilə qəbul olunan xolestrin qanda iki fərqli xolesterinə çevrilir – zərərli və faydalı xolesterinlər. Birinci damarların divarlarına çökür, yağ şırımları (xolesterinin özü piyəbənzər maddədir) tədricən qalınlaşır və piləyə çevrilir. Nəticədə arteriyalarda axın daralır. Pis xolesterin piləkləri daha sonra əhəngləşir, laxta yaradır. Qalınlaşıb şaxələnən bu laxtalar damarları tıxanmış vəziyyətə salır.

Faydalı xolesterin isə bu bəd prosesə mane olur. Bu baxımdan yumurta müəyyən dərəcədə ateroskeloroz riskini azalda bilər.

Xolesterinin pis və ya yaxşı davranışına bu maddənin ətrafı təsir göstərir. Qanda o, özbaşına hərəkət etmir, bu zaman yağlar və zülallar onu müşayiət edir, bir növ “kompaniya” təşkil edirlər. Bu kompleksi “lipoproteidlər” adlandırırlar. Əgər onların sıxlığı aşağıdırsa, zərərli xolesterinə malikdirlər. Yüsək sıxlıqlı lipoproteidlərdə isə faydalı xolesterin olur.

Yumurtanı necə yeməli?

Bəs yumurtadakı xolesterin orqanizmdə hansı xolesterinə çevrilir? Bu, yumurtanı hansı ərzaqla yeməyinizdən asılıdır. Məsələn, suda bərk bişmiş soyutma yumurtanı kərə yağı ilə yedikdə, o, orqanizmdə, əsasən, “pis” xolesterinə çevrilir. Kərə yağı və yaxud kolbasa ilə bişirilən nimrə (“qlazunya” dediyimiz) də “pis” xolesterin yaradır.

Bitki yağı ilə bişirilən qayğanaq və yaxud təkbaşına yeyilən yumurta isə qanda dəqiq olaraq pis xolesterinin konsentrasiyasını artırmır.

Bu faktı da qeyd edək: hər insanın orqanizminin fərdi özəllikləri, maddələr mübadiləsi xüsusiyyətləri var. Elə adam ola bilər ki, qaraciyəri daha çox zərərli xolesterin və yaxud daha az faydalı xolesterin yaradır. Həmin adam köhnə məsləhətlərə qulaq asıb həftədə 2-3 yumurta ilə kifayətlənsə, daha yaxşıdır. Belə xəstəliyi olan adamlar çox da geniş yayılmayıb, 500 nəfərdən birində rast gəlinir. Risk qrupuna əsasən, valideynləri gənc yaşlarında infarkt və insult keçirənlər daxildir.

Ümumiyyətlə, Britaniyanın qida fondu dünyanın yumurtaya son münasibətini ifadə edir. Artıq Avropanın və dünyanın tibb təşkilatları yumurta ilə qidalanmanı məhdudlaşdırmır: onu hər gün yemək olar. Sadəcə, hamının bu barədə pıçıltı ilə danışdığı bir vaxtda Böyük Britaniyada bütün dünyaya uca səslə çağırış edilib. Amerikada bu barədə ucadan danışılmasa da, bütün rəsmi məsləhətlərdən yumurtanın məhdudlaşdırılması ilə bağlı köhnə tələblər, sadəcə olaraq, çıxarılıb.

Yumurtanın gözəllikləri

Orta ölçülü 58 qramlıq yumurtada var:
78 kkal;
6,5 q yüksəkkeyfiyyətli zülal;
demək olar ki, karbonsuzdur;
faydalı yağlar – 2,3 q sadə doymamış yağlar və 0,9 q mürəkkəb doymamış yağlar;
ziyanlı doymuş yağlar: 1,7 q;
xolesterin – 227 mq;
retinol (A vitamini)- 98 mkq;
D vitamini -0,9 mkq;
riboflavin (B6 vitamini)-0,24 mq;
folat (folivi turşusu vitamini) -26 mkq;
B12 vitamini- 1,3 mkq;
fosfor -103 mq
dəmir- 1,0 mq
sink-0,7 mq
yod- 27 mq;
selen -6 mkq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir