“Omikron”un yeni simptomları AÇIQLANDI

Dünyada koronavirusun dominant ştammına çevrilən “Omikron” variantında xəstəliyin əlamətlərində bəzi dəyişikliklər müşahidə olunmağa başlayıb.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, keçən ay simptomlara ürəkbulanma əlavə edən ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) yeni simptomun olduğunu açıqlayıb.

Vətəndaşların dodaqlarının rəngi solduqda, boz və ya mavinin çalarları rənginə döndükdə həkimə müraciət etmələri tövsiyə olunub.

Həmçinin, nəfər almaqda çətinlik, sinədə davamlı ağrı və ya sıxılma hissi, oyana bilməmək və ya oyaq qala bilməmək, dırnaqların rənginin solğunlaşması kimi simptomların da əlamətlər arasında olduğu bildirilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.