“Omikron”dan sonra fəsadlar qalacaqmı? – Mütəxəssis cavablandırır

“Omikron” ştammı, koronavirusun əvvəlki variantlarına nisbətən daha yüngül formada keçirilir. Ancaq bu, onun xüsusiyyətlərinə görə deyil, peyvənd olunanların sayının artmasına görədir.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bəyan edib.

“Bu amili nəzərə alsaq, “delta” ilə müqayisədə “omikron”la yoluxma zamanı xəstəliyin şiddətinin azalması cəmi 20-25 faiz təşkil edir”, – deyə Baranova əlavə edib.

Onun sözlərinə görə, yeni ştamm insanın sinir və qan dövranı sistemlərinin hüceyrələrinə elə əvvəlki ştamlar kimi təsir edir, müvafiq olaraq, “omikron” ilə yoluxduqdan sonra postkovid  sindromunun inkişaf riskini istisna etmək üçün heç bir səbəb yoxdur.

“COVID-19-dan sonrakı vəziyyətin bir neçə komponenti var: otoimmün, koaqulyasiya (laxtalanma), sinir sistemi, beyin funksiyası və kişi reproduksiyası ilə bağlı problemlər”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Onun sözlərinə görə, postkovid sindromu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

“Bu, qadınların kişilərə nisbətən otoimmün reaksiyalara daha çox meylli olması ilə izah olunur”, – deyə bioloq izah edib.

O hesab edir ki, “omikron”a  yoluxduqdan sonra postkovid fəsadlarının baş verməməsi təəssüratı bu ştammın son zamanlarda ortaya çıxması ilə əlaqədardır.

“Xəstəlikdən ancaq üç ay sonra postkovid sindromu diaqnozu qoyula bilər. Bu üç ay hələ keçməyib, bu da “omikron”dan sonra postkovid sindromunun olmaması ilə bağlı insanda səhv təəssürat yaradır”, – Baranova bildirib.

O, COVID-19-un nəticələrinin qarşısını almaq üçün vaxtında reabilitasiya keçməyi tövsiyə edir.

“Düşünürəm ki, COVID-19-dan dərhal sonra metabolizmi bərpa etməyə başlamaq lazımdır. O zaman COVİD-19-dan sonrakı simptomların təzahürləri daha az olacaq. Üstəlik, reabilitasiya proqramı vacibdir”, – deyə Baranova vurğulayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.