Məktəblərdə Omikrondan qorunmaq üçün TÖVSİYƏLƏR
Məktəblərdə Omikrondan qorunmaq üçün TÖVSİYƏLƏR üçün şərhlər bağlıdır

Azərbaycanda Omikron sürətlə yayılır. Bir neçə günə məktəblərdə qış tətili də bitəcək. Əgər distansion təhsilə keçirilməyəcəksə. pedoqoji kollektiv və şagirdlər qorunma tədbirlərini artırmalıdır..

Orqanik.az dünya üzrə mütəxəssislərin müəllimlərin özlərini məktəbdə, sinif otaqlarında koronavirus yoluxmaqdan qoruması üçün verdiyi tövsiyələri bir araya toplayıb.

1. Sinifdə dərs zamanı adi 40 qəpiklik tibbi maska yox, xüsusi filtrli N95 KN93 tipli maskalardan istifadə etməlisiz

2. Eləcə də üzünüzü şəffaf ekranla bağlamalısız. Bu ekranlar hər 3 saatdan bir dezinfeksiya olunmalıdır

3. Uşaqlarla istənilən təmasda ara məsafəsinin 2 metr olmasını təmin edin

4. Əllərinizi jurnal, uşaqların kitabı, dəftərinə əlcəklə toxundurun

5. Sinifdə yanınızda təmiz butul suyu olmalıdır və siz hər 1 saatdan bir su ilə boğazınızı yaxalamalı və su içməlisiz

6. Uşaqların başı üzərində çox dayanmamalı, əllərinizi onların üzünə, burnuna, başına toxundurmamalısız

7. Masanızı hər 45 dəqiqədən bir dezinfeksiya etməlisiz

8. Adi maska hər 2 saatdan bir, N95 isə 10 saatdan bir dəyişməlidir

9. Hər dəsrdən sonra əllərinizi isti su və sabunla yumalısız

10. Hər 2 saatdan bir təmiz havaya çıxmalı və maskasız tənəffüs almalısız

11. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılıb otaqlar havalandırılmalıdır

12. Müəllimlər, sinif rəhbərləri uşaqların hər 1 saatdan bir əllərinin sabunla yuyulmasını təmin etməlidir

13. Səhhətində azca da olsa nasazlıq hiss edən müəllim direktora şifahi məlumat verib, heç kimlə ünsiyyətdə olmadan məktəbi tərk etməli və dərsə gəlməməlidir

14. Müəllimlər evə getdikdən sonra telefon, ayaqqabı, çanta dezinfeksiya olunmalıdır.

Ümumiyyətlə pedoqoji kollektivin hər bir üzvünün hər 14 gündən bir koronavirus testi verməsi məqsədəuyğundur. /Orqanik.az

Orqanik.az

0

Yuxarı

X