Lobya və mərcinin kimlərə təhlükəli olduğu açıqlandı
Lobya və mərcinin kimlərə təhlükəli olduğu açıqlandı üçün şərhlər bağlıdır

Lobya və mərci ürək qan damar sistemi üçün çox faydalıdır. Elmi tədqiqatlar sübut edib ki, həftə ərzində qidasında lobya, mərci olan insanlarda yüksək təzyiq, ürəyin işemiyası, infarkt, damarların tutulması riski 10% azdır. Eləcə də onlar piylənmədən əziyyət çəkmir.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bununla belə, bəzi insanlara paxlalı bitkilər olduqca zərərlidir. Rusiyalı dietoloq-endokrinoloq Yelena Şetinina bu barədə danışıb.

“Sidik turşusu yüksək olanda və podaqra olan insanlara rasionundan paxlalıları xaric etməyi məsləhət görürük. Çünki bu qidalar turşu səviyyəsini artırır və xəstəliyi şiddətləndirir”.

Həkim həmçinin mədə-bağırsaq traktının patologiyası olanlara paxlalı bitkiləri məsləhət görməyib.

“Yəni, paxlalı bitkiləri yalnız xəstəliyin kəskinləşməsi olmadığı dövrdə yemək olar”, – deyə Şetinina əlavə edib.

Qeyd edək ki, alimlər rasiona paxlalı bitkiləri əlavə etməyin ömrü orta hesabla 10 il uzatdığını bildiriblər.

Orqanik.az

0

Yuxarı

X