İmmuniteti necə gücləndirmək olar?
İmmuniteti necə gücləndirmək olar? üçün şərhlər bağlıdır

İmmunitetin güclənməsi üçün bir sıra mühüm şərtlər var. Onlardan biri karbohidratın çox qəbul edilməməsi, xüsusilə axşamlar gec saatlarda qidalanmamaqdır. 

Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, minerallarla çox zəngin olan meyvə qurularının yeyilməsi də immun sisteminin güclənməsinə səbəb olur. 

Dəmirlə zəngin qidaların, o cümlədən alma növlərinin qəbulu çox faydalıdır. Ət xörəkləri qəbul etmək də lazımdır, lakin onun çox qəbul edilməsi immun sistemini zəiflədir. Çünki çəkinin artması xolesterolun, piylənmənin artmasına səbəb olur və bu da immun sisteminə mənfi təsir göstərir. 

Hər gün normal yuxu rejiminə əməl etməyə çalışmaq, spirtli içkilərdən uzaq olmaq lazımdır. Soyuqdəymə və digər respirator xəstəliklər nəticəsində baş verən xəstələnmələr də orqanizmdə immun sisteminin aşağı düşməsinə səbəb olur. Bəzi xəstəliklərə qarşı aparılan peyvəndlər də immun sistemini möhkəmləndirməyin bir hissəsidir, çünki peyvəndlər aparılmadıqda anticisimlər yaranmır və viruslara qarşı qoruyucu mexanizmlər olmur.

Qidalanma zamanı bir sıra qaydaları gözləmək lazımdır. Xəmir xörəkləri, çörək və şirniyyatlar xolesterolu çox olan qidalardır. Hər gün eyni növ ətlə qidalanmaq da qətiyyən düzgün deyil, çünki orqanizmin, məsələn, dəmirə və ya maqneziuma deyil, kompleks şəkildə vitaminlərə ehtiyacı var.

Orqanik.az

0

Yuxarı

X