Həm arıqla, həm də sağlam qal

Formada qalmaq üçün xanımlar hər zaman müxtəlif yollara əl atırlar. Bir çoxları isə yalnız sağlam qidalanaraq, çəkisini qorumağa çalışır. Ən sağlam vasitə elə təbii bitkilərlə artıq piylərdən xilas olmaqdır. Bədəndəki piyləri parçalamağa kömək edəcək vasitələrdən biri də razyana bitkisidir.

Orqanik.az Axşam.az-a istinadən bu bitkinin orqanizmə xeyrini təqdim edir:

Necə və nə vaxt istifadə etməli?

• Ac olduğunuz zaman razyana çeynəyin. O, iştahanı öldürür.
• Razyana toxumlarını bir stəkan suda qaynadıb, soyuduqdan sonra için. Bu çay pəhriz zamanı orqanizmdən artıq suları kənarlaşdırıb, əsəbləri sakitləşdirir.
• Razyana kökünü doğrayıb, üzərinə bitki yağı və limon şirəsi sıxmaqla, ətirli, dietik salat hazırlamaq olar.
• Razyana yağı antisellülit məqsədlərlə istifadə olunur. Yağa bir qədər dəniz duzu əlavə edib, problemli yerlərə çəkməklə qan dövranını sürətləndirib, artıq piy toxumalarını hamarlaşdıraraq, yumşaq, şümal dəri əldə edəcəksiniz.

Pəhrizi 1 həftədən artıq davam etdirmək olmaz. Beş gün ara verdikdən sonra yenidən davam etdirə bilərsiniz. Bir həftə saxlanılan razyana pəhrizi ilə 3 kiloqram arıqlamaq mümkündür.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.