COVID-19-dan sonra amputasiya riski var

Koronavirus keçirmiş insanlarda tez-tez tromboz halına rast gəlinir. Bu isə ətrafların qan təchizatında pisləşməyə, o da öz növbəsində amputasiyaya gətirə bilər.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru Andrey Çupin xəbərdarlıq edib.

“COVID-19 ürək-damar sisteminə, ilk növbədə qan laxtalanma sisteminə ciddi fəsadlar verir, ona görə də bu infeksiyaya yoluxmuş insanlarda tromboz, təəssüf ki, çox yayğındır”, – deyə Çupin izah edib.

O qeyd edib ki, əsasən yuxarı və aşağı ətrafların damarları zədələnir.

“Bu vəziyyətdə, tromboz fonunda ağır işemiya inkişaf edə bilər; qan tədarükü kritik pisləşir, bu isə bir əzanın amputasiyasına gətirir. Pandemiya zamanı belə hallar çox olub”, – deyə Çupin əlavə edib.

Koronavirusdan sonra trombozun inkişaf müddətinə gəlincə, həkim burada dəqiq qanunauyğunluğun olmadığını qeyd edib.

“Bu, adətən ağır xəstələrdə həm xəstəliyin pik həddində, həm də bir neçə aydan sonra baş verə bilər. Risk uzun müddət davam edir. Şəxs nə qədər ağır xəstələnsə, ağciyərlərdə iltihablı və fibrotik dəyişikliklər, həmçinin trombotik ağırlaşmaların riskini artıran digər mənfi təzahürlər bir o qədər uzun müddət davam edəcək”, – deyə həkim vurğulayıb.

O əlavə edib ki, aterosklerozdan əziyyət çəkən xəstələr də (xüsusən də əvvəllər damar əməliyyatı keçirmişlərsə) risk altındadırlar.

“İlkin aterosklerozu olmayan, koronavirusu ambulator şəraitdə, daha yüngül formada keçirdən, ağır ağciyər zədəsi olmayan, qan testinin nəticələri yaxşı çıxanlar adətən risk qrupuna aid edilmirlər, lakin onlar da vəziyyəti nəzarətdə saxlamalıdırlar”, – deyə mütəxəssis tövsiyəsini bildirib.

“Bəzən olur ki, pasiyentlər xəstəliyin pik həddini yaxşı keçirirlər, lakin sonradan antikoaqulyant və ya antiplatelet terapiyası olmadan qalsalar, trombozla üzləşirlər”, – deyə Çupin sözlərini yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.