Cinsiyyət üzvlərinin qırmızı işıqla müalicəsi – Faydaları… – FOTO

Cinsiyyət orqanlarını qırmızı işıqla müalicə edərkən, cinsi zəifliyi aradan qaldırmağın mümkün olduğunu araşdırıblar.

Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, Yaponiyanın Noqya şəhərinin Universitetlərində aparılan araşdırılma nəticəsində cinsiyyət orqanının qırmızı işıqla müalicəsi nəticəsində cinsi zəifliyi aradan qaldırmağın mümkün olduğunu aşkar ediblər. 60 saniyə qırmızı işıqla işıqlandırma kişi libidosunu artıra bilər.

Müalicə sadəcə bu nahiyəyə xüsusi NORD-1 preparatı yeridildikdən sonra penisin dərisinin xüsusi lampanın işığı ilə işıqlandırılmasından ibarətdir. O, qan damarlarının genişlənməsinə kömək edən, penisə qan axını artıran və ereksiyanı yaxşılaşdıran azot oksidi buraxaraq işığa reaksiya verir.

Qan damarlarını genişləndirmək üçün bədənə sadəcə azot oksidinin yeridilməsi həll yolu deyil, çünki bu, aşağı qan təzyiqi kimi arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Ancaq dərmanın bu şəkildə tətbiqi ilə azot oksidi yalnız işıq cinsiyyət orqanlarına dəydikdə sərbəst buraxılır. Bu da onu daha təhlükəsiz edir. Erektil disfunksiya üçün digər inyeksiya müalicələrindən fərqli olaraq, kişi hər dəfə cinsi əlaqədən öncə bunu etmir.

Yapon alimləri metodun dərman müalicəsinə cavab verməyən kişilərdə də işləyə biləcəyinə inanırlar. Onlar yaxın bir neçə ildə artıq insanlar üzərində sınaqlarına başlamağa ümid edirlər. Hər on kişidən birinin nə vaxtsa erektil disfunksiya ilə qarşılaşacağı təxmin edilir. Səbəbləri diabet və hormonal problemlərdən tutmuş stress və depressiyaya qədərdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.