Çində Covid-19-a yoluxmalar artır

Çində ötən sutka koronavirusa 1 114 yeni yoluxma aşkar edilib.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Komissarlığı məlumat yayıb.

Məlumatda göstərilir ki, yoluxma sayı 1 gün əvvəllə müqayisədə 2 fəfə çoxdur. Xəstələrin 277-si xaricdən gələnlərdir. 528 nəfərdə qızdırma və öskürək qeydə alınıb. 526 nəfər simptomsuz xəstədir. Ölkədə ağır vəziyyətdə olan 7 koronavirus xəstəsi var. Yanvarın 25-dən sonra koronavirusdan ölüm qeydə alınmayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.