Çəkic barmaqlarının əmələgəlmə səbəbi nədir?

Çəkic barmaq deformasiyasının səbəbi ümumiyyətlə baş barmağın çıxmasıdır.

Bu barədə uzman-terapevt Çinarə Səfərova paylaşıb.

Həkimin sözlərinə görə, revmatik xəstəliklər, xüsusilə romatoid artrit kimi ayağın deformasiyasından qaynaqlanan xəstəliklər çəkic barmağının inkişafına səbəb ola bilir. Ancaq çəkic barmaqlarının əmələ gəlməsində yaşlanma və pis ayaqqabı geyinməyin də böyük rolu var:

“Bu deformasiyaya ayaqda, xüsusən də ikinci və ya üçüncü barmaqda rast gəlinir. Bu zaman barmaq əvvəlcə özünü yuxarı qaldırır, sonra isə oynaqdan aşağı əyilir. Bu əyilmə nəticəsində xəstə ayaqqabı geyinməkdə çətinlik çəkir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.