“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur”

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

Orqanik.az Trend-ə istinadən xəbər verir ki, T.Musayev hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:

“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, – deyə nazir vurğulayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.