Bədənin gücünü necə bərpa etməli?

Asteniya vəziyyəti – bədənin, orqanizmin güc, enerji azalması, yorğunluq, ruh düşkünlüyüdür.

Bu vəziyyət insanı bəzi məqamlarda yaxalayır, normal oxumasına, işləməsinə mane olur. İnsan özündə ciddi xəstəlik axtarır, amma hər hansı diaqnoz tapılmır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, belə halda orqznizmə dincəlmək, yatmaq, yuxu, istirahət rejimi və orqanizmin defisitlərini bərpa etmək lazımdır.

Həkim psixiatr Natalya Blaginanın sözlərinə görə, asteniyanın səbəbləri güclü və uzunmüddətli stress, yuxusuzluq, istirahətsiz iş, zərərli qidalanma, zərərli vərdişlər, avitaminoz, siqaret, içki, hormonal pozulma, hər hansı infeksion xəstəlikdən sonrakı dövr ola bilər.

Asteniyaya qalib gəlmək üçün orqanizmə onu hər hansı təhlükə gözləmədiyinə əmin etməkdir. Bunun üçünsə istirahət götürməli, hər axşam eyni saatda, erkən yatmalı, açıq havada gəzməli, vitaminlər qəbul etməli, lazım gələrsə,
sakitləşdiricilər içməli, qidalanmanı dəyişməkdir.

Rasionda təzə ət, balıq, qoz, paxla, çərəz, süd məhsulları, meyvə-tərəvəz bol olmalıdır.
Bir müddət şəkər, duzlu, qızarmış qidalar, çay, qəhvədən uzaq durun.
Masaja gedin, açıq havada 10 min addım gəzin.

2 həftə bu rejimə riayət etdikdən sonra bədənin gücləndiyini hiss edəcəksiz”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.