Avitaminozun əmələ gətirdiyi xəstəliklər və ondan xilas olmağın yolları

Yaz aylarında insanların ən çox rastlaşdıqları patologiyalardan biri də avitaminozdur.

Avitaminoz ən çox mart aylarında meydana çıxır. Avitaminoz insanda yorğunluq, halsızlıq hissi yaradır, əhval-ruhiyyənin pozulmasına səbəb olur və tez-tez respirator xəstəliklərə yaxalanma riskini artırır. Mütəxəssislər bu əlamətlərin olmaması üçün avitaminozun təbii yollarla aradan qaldırılmasını məsləhət görürlər. Avitaminoz orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
* xroniki yorğunluq
* əsəbilik, qəzəblənmə, baş ağrıları
* ürəkbulanma
* diqqətsizlik, yaddaşın azalması, fikri bir yerə toplaya bilməmək
* saçların və dırnaqlarn qopması, dərinin səpgilərə meyilli olması
* diş əti qanaxmaları
* iltihabi xəstəliklərin baş verməsi
* yuxarı və aşağı ətraflarda ağrı
* maddələr mübadiləsinin pozulmaları
* depressiya
Həkimlər aşağıdakı qidalardan istifadə etməklə orqanizmdəki avitaminozun aradan qalxmasını məsləhət bilirlər.
* qırmızı və sarı rəngli meyvə-tərəvəz
* qaraciyər
* balıq və dəniz məhsulları
* mal əti
* göyərti
* toyuq əti və soyutma yumurta
* qarabaşaq
* yulaf
* quru meyvələr
* qoz
* taxıl məhsulları.
Mütəxəssislər qəbul edilən hər bir qidanın balanslaşdırılmasını məsləhət bilir. Təmiz havada gəzinti də avitaminoz zamanı orqanizm üçün çox faydalıdır. Avitaminoz zamanı orqanizmin halsız olmasına baxmayaraq mütəxəssislər gün ərzində yüngül idman etmək üçün ən azı yarım saat vaxt ayırmağı məsləhət bilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.