Arıqlamaq üçün gündə cəmi 3 dəqiqə bu məşqi edin – VİDEO

Artıq çəki, xüsusən də qarın bölgəsindəki piylər bir çoxlarını narahat edən problemdir. Lakin cəmi bir məşqlə həm qarın, həm bel, həm də bud hissənizi incəldə bilərsiniz.

Orqanik.az big.az-a istinadən xəbər verir ki, arıqlama üzrə yaponiyalı mütəxəssis Tamayo əzələləri bərkidib bədəni formaya salacaq məşqi tövsiyə edir.

Bu məşqi necə edək?

Ayaqları mümkün qədər aralı saxlayıb, dizləri azca büküb, əlləri belimizə qoyuruq. Ayaq pəncəsi və dizlər eyni istiqamətdə olmalıdır.

Dabanları yavaşca maksimal dərəcədə qaldırırıq. Çiyinlərimizi düz saxlayınb qollarımızı bükürük. Nəfəs aldıqda qollarımızı qaldırır, nəfəs verdikdə yenidən aşağı salırıq. Dirsəklərimizi mümkün qədər bədənimizə sıxırıq. Çiyin bıçaqlarını da mümkün qədər birləşdirməyə çalışırıq.

Məşq zamanı qarnı içəri çəkməliyik.

Bunları etmək asan görünsə də, yerinə yetirildikdə qarın, bud və çiyin nahiyəsindəki gərginliyi hiss edəcəksiniz.

Sadalanan hərəkətləri azı 3 dəqiqə ərzində mümkün qədər təkrarlamaq lazımdır. Bu müddəti getdikcə artırmaq olar.

Bir neçə həftəlik mütəmadi məşqlərdən sonra qarnınızdakı piylərin yavaş-yavaş əridiyini, belinizin incəldiyini və dərinizin dartıldığını görəcəksiniz.

Məşqin düzgün yerinə yetirilməsini öyrənmək üçün aşağıdakı videonu izləyə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.