Alimlər ömrü uzadan məhsulu AÇIQLADI

Britaniya və Yeni Zelandiya alimləri müəyyənləşdirib ki, sellülozla zəngin məhsulların istifadəsi ürək-damar, diabet, xərçəng, insult və digər bir çox xəstəliklərin inkişaf riskini xeyli azaldır.

Publika.az xəbər verir ki, tədqiqatçılar tərkibi sellülozla zəngin olan məhsulları açıqlayıb.

Yeni Zelandiyanın Otaqo Universiteti ilə Britaniyanın Dandi Universitetinin ekspertləri məlumat verib ki, gün ərzində 25-30 qram sellüloza qəbulu ürək və daxili orqanlarla bağlı bir çox xəstəliklərin inkişaf riskini azaldır.

“Lancet” elmi jurnalda qeyd edilib ki, insanlar gündəlik qida rasionunda lifli məhsullara az yer verdiyi üçün əziyyət çəkir. Bu da aşağı kalorili pəhrizlərin dəbdə olması və müasir dövrün qidalanması ilə bağlıdır.

Sellüloz mürəkkəb karbohidratdır. Daha çox yulaf, qara çörək, kartof, kök, mərci və almada var. Qeyd olunur ki, həmin məhsulları təzə və ya suda az bişirilmiş halda yemək olar, amma heç bir halda qızartmaq olmaz. Həm də vurğulanıb ki, bütün taxılları yemək faydalıdır, nəinki lopa və digər emal olunmuş dənli bitkilər.

Alimlərin nəticələri 58 klinik sınaq, 185 analiz və 4635 iştirakçı üzərində aparılan elmi təhlil əsasında əldə edilib. Araşdırma nəticələrinə görə, sellüloza ölüm riskini 15-30% aralığında azaldıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.