Pu-Erh çayı.
Puer çayı olaraq tanınan bu çay doktor Mehmet Özün arıqlatma çayları içərisində birinci yerdə durur. Puer çayı yağ hüceyrələrini əritmək xüsusiyyətinə malikdir. Bir müddət qəbul etdikdən sonra öz təsirini göstərməyə başlayır.
Quşotu çayı.
Quşotu çayı artıq suyun orqanizmdən xaric olunmasına kömək edir, bədəndə olan şişkinliyi aradan qaldırır. Kalium və maqnezium tərkibli bu çay sidikqovucu təsirə malik olmasına baxmayaraq, halsızlıq əlaməti vermir.
Qara yemişan çayı.
Qara yemişan çayının ən yaxşı xüsusiyyətlərindən biri qanda şəkərin miqdarını normada saxlayaraq, iştah salıcı təsirə malik olmasıdır. Axşam yeməyindən qabaq 1 stəkan qara yemişan çayı içmək axşam yeməyinə olan iştahanızı kəsəcək.
Darçın çayı.
Darçın çayı orqanizmi isitmək qabiliyyətinə malikdir. O, bədəndə olan artıq yağların əriməsində, mədənin sakitləşməsində, müqavimətin artmasında mühüm rol oynayır.
Cəfəri çayı.
Cəfəri çayı böyrəklərin fəaliyyətini artırmaqla orqanizmdə olan atrıq mayeni çıxardır. Diet çayları içərisində yer almağına səbəb bağırsaq fəaliyyətini sürətləndirməklə metobolizmi yaxşılaşdırmaq xüsusiyyətinə malik olmasıdır. Cəfəri çayının faydalı olması tərkibində fol, kalium, kaısium, A və C vitaminlərinin olmasıdır.
Zəncəfil çay.
Zəncəfili isə həm tək, həm də digər yuxarıda adı çəkilən çaylara qatıb istifadə edə bilrsiniz. Ayrıca zəncəfil çayına bir-neçə damcı limon şirəsi əlavə edib, daha dadlı bir tam əldə edərək ariqlaya bilərsiniz.
Bəyaz çay.
Doktor Mehmet Özün arıqlamaq istəyənlərə tövsiyə etdiyi arıqlama çayları içərisində bəyaz çay ilk yerlərdə durur. Bəyaz çay qida vasitəsilə qəbul edilən yağların əriməsinə yardımçı olur.
Orqanik.az