Ədviyyatlar illər boyunca fərqli ölkələrdə və Azərbaycanda yeməklərə dad, ətir qatmaq məqsədiylə istifadə edilir. Bir çox xəstəliklərə yaxşı təsir edən ədviyyatların saxlanma şərtlərinə əməl etmədikdə zərəriylə qarşılaşa bilərsiniz.
Plastik qablarda, paketlərdə və nəmli mühitlərdə saxlanılan ədviyyatların qısa müddətdə “aflatoksin” adı verilən zəhərli kifin inkişafına səbəb olur. Bu da qaraciyər xərçənginə gətirib çıxarır.
Gözlə görünməyən aflotaksin adlı bu zəhər xərçəngdən əlavə immunitet sistemini salmaqla sağlamlığı ciddi bir şəkildə risk altına atır. Bununla yanaşı çox az istifadəsi belə zəhərlənməyə bağlı qaraciyər zədələnməsinə gətirib çıxarır.
Evdar.az yeməklərə ləzzət qatan ədviyyatların saxlanma şərtlərini sizlərlə bölüşür..
Ədviyyatlar Necə Saxlanılmalıdır?
- Ədviyyatlar şüşə, hava alacaq qablarda saxlanmamalıdır. Ədviyyatlar hava ilə təmas etdikdə böcəklənə bilər yaxud daha tez pozula bilər. Buna görə keramika olan, qapağını yaxşıca bağlayacağınız qablarda saxlayın.
- Birbaşa günəş işığı dəyən yerlərdə ədviyyatlarınızı saxlamayın.
- Sobanın üstü ya da ocağın yanı kimi istiliyin davamlı artıb azaldığı yerlərdə ədviyyat saxlamaq olmaz. İstilik artdığında ədviyyatların böcəklənmə riski daha da artacaq.
- Yemək bişirərkən ədviyyat qabını yeməyin üstündə tutmayın. Bu vəziyyətdə yeməyin buxarından nəmlənəcək və tez böcəklənəcək.
- Təzə otları daha uzun müddət istifadə etmək üçün soyuducuda dondura bilərsiniz. Buz qəliblərinə ədviyyatlarınızı doldurub dondura bilərsiniz. İstifadə edəcəyiniz zaman təzə olaraq istifadə bilərsiniz.
- İstifadə etdiyiniz ədviyyatların dadı əvvəlki kimi deyilsə ya da fərqli iy verirsə istifadə etməyin və son istifadə etmə tarixinə diqqət edin.
Ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20°C temperaturda, nisbi rütubəti 75 faizdən çox olmayan yerlərdə saxlamaq lazımdır. Onların saxlanma müddəti məhsulun istehsal vaxtından asılı olaraq bir ili keçməməlidir.