Zəlzələ çantasında nələr olmalıdır?

Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşlara zəlzələ çantaları ilə bağlı xəbərdarlıq edilib. Bildirlib ki, hər evdə belə çantalar olmalıdır. Xüsusən də düzgün seçilən qidalar zəlzələ zamanı insanların həyatını xilas edə bilər.

Bakupost.az “HaberTürk”ə istinadən bildirir ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi zəlzələ çantalarında uzun müddət enerji verən, xarab olmayan, iy verməyən qidaların olmasını tövsiyə edib.
Bəs, hansı qidalar seçilməlidir?

Bildirilib ki, çantaya qurudulmuş meyvələrin qoyulması məqsədəuyğundur. Enerji verdiyi və çürümə müddəti uzun olduğu üçün bu, ən uyğun seçimdir. Çantalara asanlıqla sığışan və uzun müddət xarab olmayan digər qida peçenyelərdir.

Peçenye və kraker aclığı yatırır. Konservləşdirilmiş qidalar da uzun müddət xarab olmadığı üçün zəlzələ çantaları üçün kifayət qədər uyğundur. Həmçinin, lif, omeqa və zülal baxımından zəngin olan qidalara üstünlük verilməlidir.

Zəlzələ çantası üçün ən vacibi isə qida isə sudur. Çantanıza plastik butulkalarda bol miqdarda su qoymağı unutmayın. Enerji vermək xüsusiyyəti ilə seçilən meyvə şirəsi də əhəmiyyətlidir. Onu saxlamaq üçün əzilməyən metal qutular seçə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.