Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
Uzman həkim qan dövranının yaxşı olması üçün nə etməli olduğumuzu bildirib:
– Aktiv olmaq lazımdır. Hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də buna daxildir;
– Siqaretə, artıq çəkiyə və stressə yox demək;
– Hərəkətsiz və oksigensiz qalmamaq;
– Sağlam qidalanmaq və yanlış olan yemək vərdişini dəyişmək.
Onun sözlərinə görə, qapalı məkanlar, daimi oturaqlı iş, yəni oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır.
“Rasionunuzda bütün taxıllar, vital yağ turşuları-somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri, pomidor, qara kələm, brokoli, ispanaq, yumurta, adaçayı kimi qidalar yer alsın”, – deyə Cabir Gülmalıyev əlavə edib.
Orqanik.az