Tibbi dildə “ur”, el arasında “zob” adlandırılan xəstəlik həmişə narahatlıq doğurub. Ötən əsrin 60-cı illərindən başlayaraq həkim və endokrinoloqların göstərdikləri səylər nəticəsində yod profilaktikası aparılmaqla həmin problem xeyli dərəcədə aradan qaldırılıb.
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, qalxanabənzər vəz və hormonlar bütün orqanizm və metobolizmə böyük təsir edir.
Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması baş verir. Bununla əlaqədar səbəbsiz yerə həddən artıq kökəlmə və ya arıqlama, əzələlərdə ağrı, yorğunluq, fikir dağınıqlığı, yaddaşsızlıq, qarında köp və ishal halları artır.
Xəstəliyin artmasında həm ətraf mühitin, ekologiyanın çirklənməsi, həm qida məhsullarının tərkibinin dəyişilməsi, stress kimi faktorlar mühüm rol oynayır. Çox vaxt bu xəstəlik özünü hipotireoz əlamətləri ilə büruzə verir. Xəstəliyin diaqnostikası həm xəstənin şikayətləri, həm də laborator və ultrasəs müayinə vasitəsilə qoyulur və həmin xəstələr isə əsasən əvəzedici hormon müalicəsi alırlar.
Zobun əmələ gəlməsinin əsas səbəblərindən biri yod tərkibli məhsulların kifayət qədər qəbul edilməməsidir.
Tərkibində çox yod olan məhsullar:
Balıq: siyənək, kambala, treska, paltus, dəniz xanı balığı, tunes, qızıl balıq.
Meyvələr: apelsin, limon, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma.
Süd, yumurta, yağ, dana əti.
Tərəvəzlər: sarımsaq, qırmızı turp, çuğundur, kartof, kök, pomidor.
Orqanik.az