Qalxanvari vəzi xəstəlikləri (el arasında – “zob”) bir çox hallarda gizli inkişaf edərək ağır ürək xəstəlikləri, hamilə qadınlarda uşaqsalma, komaya səbəb ola bilər.
Azərbaycanda “zob” ən yayılmış xəstəliklərdən biridir.
Orqanik.az sizə qalxanvari vəzi xəstəliklərinin 6 gizli simptomu ilə tanış edir.
1. Səbəbsiz arıqlama və ya əksinə çəkinin artması
Qalxanvari vəzinin funksiyası artdıqda o, daha çox hormonları ifraz edir ki, bu zaman insan çox yesə də arıqlamağa başlayır.
Əksinə isə qalxanvari vəzinin funksiyasında ləngimə olduqda hormonların ifrazı azalır və insan hətta ən ciddi pəhriz saxlasa belə arıqlamır, əksinə onun çəkisi arta bilər.
2. Daimi üşümə və ya əksinə istilik hissi
Əgər siz səbəbsiz olaraq üşüyürsünüzsə və ya əksinə sizə daim istidirsə, qalxanvari vəzinizi yoxlayın.
3. Dərinin vəziyyətinin pisləşməsi
Dəri ən böyük orqanımızdır və orqanizmdə gedən istənilən dəyişikliklər və pozulmlar dəridə özünü göstərir.
Əgər dərinizdə birdən-birə iltihablar, səpgilər əmələ gəlibsə, dəri quru olub, tez-tez qaşınır və qabıq verirsə, bu qalxanvari vəzidə olan pozulmalara işarə edə bilər.
4. Əhvalın pis olması
Qalxanvari vəzi hormonları bizim əhvalımıza çox ciddi təsir edir. Bu səbəbdən əhvalınız tez-tez səbəbsiz pis olursa, apatiya, həyacanlılıq, ağlağanlıq, panik tutmaları, aqressiv davranış kimi simptomlar əmələ gəlibsə, mütləq qalxanvari vəinizi yoxlayın.
5. Qəbizlik və ya ishal
Qalxanvari vəz həzm sisteminin fəaliyyətinə ciddi təsir edir. Bu səbəbdən sizi səbəbsiz qəbizlik və ya ishal tez-tez narahat edirsə, bu qalxanvari vəzinin xəstəliyinin simptomu ola bilər.
6. Ürək ritminin pozulmaları
Əgər sizdə təzyiq tez-tez qalxır-düşürsə, yüngül fiziki yükləmədən sonra təngənəfəslik, nəbzin artması kimi əlamətlər əmələ gəlirsə, bu endokrin problemlərə işarə edə bilər.
Orqanik.az