Zeytun yağı, zeytun ağaclarındakı zeytun dənələrindən əldə edilən bitki yağıdır. Təbiətin möcüzəsi zeytun yağı qaraciyəri təmizləyir, həzmi asanlaşdırır, metabolizmi sürətləndirir. Eyni zamanda dərini gözəlləşdirir, saça qulluqda müsbət təsirlərilə bilinir, diabetə yaxşı təsir edir, qan təzyiqini tənzimləyir və stressi azaltması kimi daha bir çox faydası var. Evdar.az zeytun yağının bədənimizə faydaları haqqında məlumatı təqdim edir.
İÇİNDƏKİLƏR
Qaraciyəri Təmizləyir
Qaraciyərin vəzifəsi bütün vücudumuzu təmizləməkdir. Bədənimizə daxil olan toksinləri qaraciyər maddələrlə təmizləyir. Zeytun yağı da qaraciyərin funksiyasının artmasına köməkçi olur.
Həzmi Tənzimləyir
Zeytun yağına yüksək miqdarda antioksidant daxildir. Bu da həzm sistemini nizamlayır və bağırsaqların nizamlı işini təmin edir. Gündə bir xörək qaşığı zeytun yağı istifadə etdikdə həzm sisteminiz yaxşılaşacaq. Qəbizlik yaşayırsınızsa bu problemə də həll olacaqdır.
Metabolizmanı Sürətləndirir
Zeytun yağı metabolizmanı sürətləndirir və çəki atmağınıza kömək edir. Hər gün zeytun yağlı salat yeməyiniz və bunu gündəlik etdikdə formada qalmağınıza kömək edəcək.
Sümükləri Gücləndirir
Zeytun, yüksək miqdarda kalsiumdan ibarətdir. Kalsium sümüklərin quruluş daşıdır. Bitki yağ olan zeytun yağı sümükləri gücləndirir və qoruyur. Zeytun yağı mineral baxımından da zəngindir ki, onun bu təsiri sümüklərin möhkəmlənməsinə təsir edir.
Dərini Qoruyur
Dərini qoruyur və qocalmağı gecikdirir. Gözəlləşdirir və hamar bir dəriyə sahib olmağınızı təmin edir. Makiyaj vasitələrinə qarşı dərini kimyəvi maddələrdən qoruyur.
Saça Qulluqda Təsirli
Zeytun yağı saça qulluqda da faydalıdır. Bir çox saça qulluq məhsullarının tərkibində zeytun yağı var. Ancaq evdə əlavə olaraq, zeytun yağını saçda duşdan əvvəl 15-20 dəqiqə saxlasanız saç tökülməsini azaldır və canlı görünməsini təmin edir.
Diabetə Təsiri
Zeytun yağı qanda şəkər səviyyəsini aşağı salır. Diabet xəstələri üçün insulin vəzifəsini görür və problemlərə müsbət təsir edir.
Təzyiqi Tənzimləyir
Qan təzyiqini tənzimləyir və bu da təzyiqinizin normal səviyyədə olmasını təmin edir.
Stresi Azaldır
Gündə bir miqdar zeytun yağı işlətmək, yorucu və stress hiss etdiyiniz zamanlarda sizə dəstək verəcəkdir. Zeytun yağı eyni zamanda orqanizminizin enerjisini saxlayır və sizə enerji qatır. Səhər yeməyində zeytunun üzərinə bir az zeytun yağı töküb ədviyyatlarla dadlandırıb yeyə bilərsiniz.
Bunlardan başqa, zeytun yağı xolesterini tarazlayır. Süd vəzisi çatlaqlarına yaxşı təsir edir,süd vəzisi xərçəngi riskini azaldır. Zeytun yağı sağlam yağlardan olduğu üçün hər gün istifadə edilməlidir. Lakin miqdarı düzgün müəyyənləşdirilməlidir.