Yuxunu almağın və bütün gün ərzində gümrah olmağın 6 yolu!

Bugünün dünyasında bizlərdən çox az hissəmiz sağlıqlı və rahat yuxunu ala bilirik. Kimsə yuxusuzluqdan əziyyət çəkir, kimsə tam tərsinə yuxudan “doya” bilmir.

Çox təəssüfki, bütün bunlar bizim sağlığımıza və orqanizmimizin vəziyyətinə mənfi təsirini göstərir.

Lakin çıxış yolları mövcuddur. Yaxşı yataraq tam yuxunu ala bilmək üçün aşağıda göstərilən 6 sadə qaydalara müntəzəm olaraq riayət etmək lazımdır:

1. İsti vanna qəbulu

Bu ağır iş günündən sonra istirahət üçün ideal yoldur. Yuxudan öncə qəbul edilən vanna, keyfiyyətli istirahəti təmin edir. Daha effektli təsir üçün vannaya müxtəlif otlar da əlavə etmək olar.

2. Yuxudan öncə kitab oxu

Yatmazdan əvvəl televizora baxmaq əvəzinə kitab oxumaq daha yaxşıdır. Çox güman ki, kitab oxumağa başladıqdan bir neçə dəqiqə sonra yuxu gəlməyə başlayacaq. Kitab seçərkən diqqət edin, bu detektiv və qorxu janrı olmasın. Klassik ədəbiyyat ən yaxşı seçimdir.

3. Şam yeməyində çox yeməyə üstünlük verməyin.

Çoxumuz düzgün qida rejiminə diqqət etmirik. Çox zaman günorta naharını ötürüb onu şam yeməyi ilə əvəz edirik. Bunu anlamaq lazımdır ki, mədə dolu olduqda orqanizm həmin qidanı həzm etməklə məşğuldur. Bu halda sağlam və rahat yuxu haqqında heç bir söz ola bilməz. Məhz buna görə də, axşam yeməyində özünüzə nəzarət etməlisiz.

4. Rahatlaşmış vəziyyətdə yatmağa uzanın.

Yatmadan öncə ağır fiziki işlərlə məşğul olmayın. Məşqlərdən ən az 5 saat sonra yatmaq lazımdır. Əks halda sizin bədəniniz oyaq halda olacaq.

5. Özünüzə uzunmüddətli yuxu təmin edin.

Əgər siz həqiqətən də, yaxşı yataraq yuxunuzu tam almaq istəyirsinizsə, onda gecə yarısından gec olmayaraq uzanmalısınız. Həmçinin saatınızı çox erkən vaxta qoymağınız məsləhət deyil. Ən az 8 saat davam etdiyi müddətdə yuxunu tam olaraq almaq olar.

6. Döşəyinizi dəyişin

Bəzən pis yuxuya səbəb köhnə, narahat döşək ola bilər. Və yaxud o yaxşı vəziyyətdədir, lakin sizə uyğun deyil. Ola bilər ki, döşək hədsiz yumşaqdır və ya əksinə bərkdir. Ən az bir müddətlik onu dəyişməyə cəhd edin.

Əgər hələ də, düşünürsünüzsə yuxu sadəcə “zəiflər” üçündür o zaman bu fikirdən uzaqlaşın və şirin yuxuyla yatın. Bu qaydalara əməl etsəniz yuxusuzluqdan qurtularaq bütün gün ərzində gümrah olacaqsınız.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.