İnsanların çoxu yuxudan oyanandan sonra bəzi oxşar əlamətləri hiss edir.
“Medicina” xəbər verir ki, alimlər sağlamlıqda olan problemlərlə demensiya və Alsgeymer kimi beyin xəstəlikləri arasında əlaqəni tapıb.
Yuxuda apnoe-tənəffüs dayanması keçirənlərdə beyin neyronları ciddi zərər görür.
Demensiya əslində ümumi termindir. Onun altında yaddaş zəifləməsi, düşünmə qabiliyyətinin düşməsi, düşüncənin dumanlanması birləşib.
Zamanla bunlar dərinləşərək qocalıq əqli geriliyinə səbəb olur.
Nevroloq Aleksandra Alexina alimlərin siçanlar üzərində apardıqları tədqiqatdan danışıb.
“Onlar siçanlarda süni olaraq yuxu apnoesi yaradıblar və nəticələr göstərib ki, siçanlarda Alsgeymer xəstəliyinin patoloji dəyişiklikləri kəskinləşib.
Bu bir daha onu göstərib ki, beynin hipoksiyası neyronların degenerasiyasını yaradır, bu da demensiya üçün xarakterikdir.
Hazırda insanlar üzərində oksigen aclığı ilə koqnitiv pozuntular arasında əlaqə sınanır.
Təəssüf ki, çox insanlar yuxuda apnoe – yəni nəfəsin bir neçə saniyəlik kəsilməsini bilmir, bilsə də diaqnoz olunmur və müalicə edilmir.
Hər gün və çox möhkəm xoruldayanlarda sakit lal tənəffüs dayanması baş verir.
Alimlər bildirir ki, əgər səhər yuxudan oyanan kimi bu əlamətləri hiss edirsizsə, sizdə yuxuda oksigen hipoksiyası olub:
– Çox quru, ağrılı boğaz, sanki diliniz ağzınızda quruyub
– Səhərlər baş ağrısı
– Qalxan kimi başgicəllənmə
Orqanik.az