Yuxu nədir, insan niyə yuxu görür? – Bu günə qədər bilmədiyimiz həqiqətlər

Bəzən günboyu bizi təsiri altında saxlayan, bəzənsə oyanar-oyanmaz yadımızdan çıxan yuxu nədir?

Ölkə.az yuxu barədə maraqlı məlumatları oxucuları ilə bölüşür.

Günün yorğunluğundan bədən halsızlaşır və yuxu ilə birlikdə yarı oyanıq şəkildə xəyallar görürük. Bütün bunların düşüncələrimizlə harmoniya təşkil etməsi yuxudur. Daha dəqiq desək yaşadıqlarımız ana mərkəzə çatdıqda onları yuxu anında sintez edərək xəyal şəklində görürük. Aparılan araşdırmalar görülən yuxuların bir çoxunun unudulduğunu, sadəcə bizi çox kədərləndirən və çox təsir edən xəyalların xatırlandığını sübut edib.

Bəs niyə yuxu görürük?

Dediyimiz kimi, yuxular əslində tamamilə bizə aid və bizim yaratdığımız xəyallardır.

Məsələn, gün içində böyük bir münaqişə yaşadınız, ya da sizi çox kədərləndirən bir hadisə oldu. Yuxuda bunu öz formalaşdırdığınız şəkildə görməyiniz mümkündür. Təbii ki, bu birbaşa sizinlə əlaqəsi olmayan şeylər də olabilər, amma şüuraltınız və yaşadığınız hadisələr yuxu əsnasında da sizdən əl çəkmir.

Çox yorulduğumuz günlərdə 7 yuxu görə bilərik. Ancaq bu yuxuların az qismini xatırlayırıq. İstisnalar əlbəttə, mümkündür. Bəzi vaxtlar yuxunun tamamını da xatırlaya  bilərik.

Bəzən görüb unutduğunuz yuxular həqiqi həyatda sizə dejavyu yaşadar. O günü əvvəldən yaşamış kimi hiss edərsiniz. Və ya birincə dəfə getdiyiniz bir yerə “mən buranı bir yerdən xatırlıyıram” deyə bilərsiniz.

İndi isə yuxular haqqında az bilinən 15 məlumatı təqdim edirik.

1. Oyandıqdan sora ilk 5 dəqiqə gördüyümüz yuxunun 50 faizini, 10 dəqiqə tamamında isə 90 faizini unuduruq.

2. Bir gecədə maksimum 7 yuxu görə bilərik. Gecə ərzində orta hesabla bir və ya iki saat ara ilə 4-7 yuxu görürük.

3. Görmə qabiliyyətini itirmiş insanlar da yuxu görür. Sonradan görmə qabiliyyətini itirən insanlar eyniylə görə bilən insanlar kimi yuxular görsə də, doğuşdan görə bilməyən insanlar səs, qoxu və hisslər üzərinə qurulu yuxular görürlər.   

4. Həddən artıq psixoloji problemləri olan insanlardan başqa hamı yuxu görür. Yuxu görmədiyini düşünən insanlar əslində yuxularını çox tez unudurlar.

5. Yuxuda gördüyümüz tanımadığımız insanlar əslində həyatda qarşılaşdığımız ama xatırlamadığımız insanlardır. Zehnimiz heç zaman yeni simalar yaratmaz.

6. İnsanların 100/12-si yuxularını ağ-qara görür. 1915-1950-ci illərdə aparılan araşdırmalarda əksəriyyətin ağ-qara yuxular gördüyü ortaya çıxmışdı. Lakin bu nəticələr 1960-ci illərdə dəyişməyə başladı. Günümüzdə 25 yaşın altında olan insanların 4,4-ü ağ-qara yuxular görür. Bu dəyişiklik isə ağ-qara film və televiziya görüntülərinin rənglənməsi ilə bağlıdır.

7. Yuxular simvolikdir. Bir mövzu ilə əlaqədar gördüyünüz yuxu tam olaraq o mövzunu ifadə etmir. Yuxular sizə hər hansı bir hadisəni işarələrlə başa salır. Yuxuların dərin simvol dili vardır.

8. Hisslər. Yuxuda ən çox hiss etdiyimiz şey narahatlıqdır. Negativ hissləri pozitiv hisslərdən daha çox görürük.

9. Heyvanlar da yuxu görür. Bir çox heyvan üzərində aparılan araşdırmalar bunu sübut edib. Bunu heyvanları izləyərkən hiss edə bilərsiniz.

10. Yuxu iflici. Dərin yuxu zamanı beynimizdəki bir sistem hərəkətə keçir və bədənimizin hərəkət etməsini əngəlləyir.
Bu yuxu zamanı bizim fiziki olaraq zədə almamağımız üçündür.

11. Yuxunun həqiqi həyatla birləşməsi. Zehnimiz, bədənimiz o anda eşitdiyi və ya hiss etdiyi şeyləri yuxularımızla birləşdirir.  Məsələn, yuxuda konsertdə olduğunuzu gördüyünüz zaman həqiqi həyatda radioda musiqi səslənir.

12. Qadınlar və kişilər fərqli şəkillərdə yuxu görür. Bir kişinin yuxusunda gördüyü insanların 100/70-i kişi olur.

Qadınlar isə bu nisbət bərabərdir. Kişilər daha aqressiv, qadınlar isə daha sakit yuxular görür.  

13. Gələcəkdən xəbər verən yuxular. Aparılan araşdırmalarda insanların 100-18 ilə 100-də 38-inin yuxuları gələcəklə əlaqəli olur. Bundan başqa araşdırmalar yuxuların insanların 100-də 70in-də isə dejavyu hissini yaşatdığını göstərir.  

14. Xoruldayan zaman yuxu görmək mümkün deyil. Elmi olaraq sübut edilməsə də, aparılan araşdırmalarda xoruldayan insanların  daha az, qısa və unudulan yuxular gördüyü izlənilib.

15. Yuxuda orqazm ola bilərsiniz. Elmi araşdırmalar göstərir ki, fiziki olaraq heç bir aktivlik olmasa belə yuxuda həqiqi həyatdaki kimi orqazm ola bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.