Yuxarı tənəffüs yollarının xəstəlikləri uşaqlarda tez-tez rastlanan xəstəlıklərdəndir.Bu xəstəliyə səbəb yuxarı tənəffüs orqanlarına infeksiyanın düşməsidir.Xəstəlik 38* və ondan da yuxarı yüksələn qızdırma ilə müşayət olunur.Xəstəliyin aşağıdakı əlamətləri vardır:
-Asqırma
-Burun tutulması və ya axması
-Öskürək və boğazda qızartı
-Tempratur
-Bədəndə ağrı
-Üşütmə
-Halsızlıq
-Boğaz ağrısı
Yuxarı tənəffüs orqanlarının xəstəliyi zamanı uşaqlarda halsızlıq ,üşütmə olur ki , bu əlamətlər adətən onların yataq şəraitində müalicə olunmasının qaçılmaz olduguna səbəb olur .Əgər xəstəlik vaxtında və düzgün müalicə olunmazsa bəzi ağırlaşmalar baş verir.Bu ağırlaşmalar aşağıdakılardır:
-orta qulağın iltihabı
-sinusit
-faringit
-angina
– bronxit
– sidik yollarının infeksiyası
ORTA QULAĞIN İLTİHABI
Orta qulağın iltihabı xəstənin burnu tutulu olduğu zaman asqıranda və ya hıçqıranda infeksiyanın qulağa keçməsi sayəsində baş verir.Xəstəliyin olub olmamasını bilmək üçün uşağın sakit vəziyyətində qulağına toxunmaq kifayət edər .
SİNUSİT
Burun ətrafı ciblərin iltihabıdır Uşaqlarda ən çox rast gəlinən xəstəliklədəndir.Bu zaman burun tıxanır üz sümüklərində ağrılar olur.
FARİNGİT
Bu zaman burunun tutulması səbəbli boğazdan içəri axan selik boğaz divarında ilhihabi prosesin əmələ gəlməsinə səbəb olur.
ANGİNA Bu xəstəliyi demək olar ki bütün uşaqlar keçirir.Badamcıqlara düşən infeksiya badamcıqların iltihablaşmasına səbəb olur ki , bu da xəstədə yüksək qızdırma və udma aktı zamanı ağrı hissinin olmasına səbəb olur.
BRONXİT:
Virus və mikrobların qıtlaq və səs tellərini iltihablaşdırması bronxların iltihabına səbəb olur.
Orqanik.az