Mağazalardan aldığımız yumurtaların bəzilərinin üzərində müxtəlif kodlar görürük. Bu dörd fərqli istehsalat kodları əslində yumurtanın yumurtladığı toyuğun cinsi və keyfiyyətini izah edir. Yumurta üzərindəki bu kodlar rəqəmlər və hərflərdən ibarətdir. Ancaq bizi maraqlandıran hissə yalnız kodun ilk rəqəmidir. Bu rəqəmlər 0, 1, 2 və 3 şəklində dəyişir. Bəs bu görünən rəqəmlərin nə demək olduğunu bilirsinizmi? Evdar.az yumurtaların üzərindəki kodların mənalarını təqdim edir.
İÇİNDƏKİLƏR
Yumurtanın üzərindəki kod 0 rəqəmi ilə başlayırsa
Əgər kod 0 ilə başlayırsa deməli orqanik toyuq yumurtasıdır. Digər bir deyimlə toyuğun yetişdirilməsi və istifadə etdiyi yem orqanikdir, içərisində heç bir kimyəvi maddələr olmadığından ən sağlam yumurta budur. Digər yumurtalara görə də bahalı olmasının səbəbi budur.
Yumurtanın üzərindəki kodu 1 rəqəmi ilə başlayırsa
Əgər aldığınız yumurtanın üzərindəki kodun ilk rəqəmi 1 ilə başlayırsa, deməli bu “gəzən toyuq” yumurtasıdır. Hində deyil, toyuq fermalarında yetişən və sərbəst gəzən toyuqların yumurtasıdır.
Yumurtanın üzərindəki kodu 2 rəqəmi ilə başlayırsa
Hin toyuğu yumurtalarının isə kodu 2 ilə başlayır. Bazarlarda ən çox bu kodla damğalanmış yumurtalarla qarşılaşa bilərsiniz. 0 və 1-də olduğu kimi orqanik və sağlam yemlərlə qidalandığını bu növ yumurtalar üçün söyləmək mümkün deyil.
Yumurtanın üzərindəki kodu 3 rəqəmi ilə başlayırsa
Kod əgər 3 ilə başlayırsa qəfəs toyuğu, yəni toyuq fermalarında istehsal edilən broyler yumurtalarıdır. Bu toyuqlar əsasən qatqı maddəli yemlərlə qidalanır və ən ucuz yumurta növü budur.
Artıq yumurta aldıqda nəyə diqqət etməyinizi bilirsiniz.
Sağlamlığınızın Qeydinə Qalın!