Mütəxəssislər çiy yumurtanın zərərli olduğunu açıqlayıblar.
Orqanik.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, çiy yumurtanın iki zərəri var. Çiy yumurta B7 vitamini qəbulunu ləngidir. Digər zərəri isə salmonella mikrobu əmələ gətirməsidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər.
Bişmişi daha faydalıdır. Bişmiş yumurtanın qida dəyəri azalsa da, aparılan tədqiqatlar göstərib ki, çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyərləri baxımından ciddi fərq yoxdur.
Bununla belə ekspertlər yumurtanı tam bişirib yeməyi məsləhət görür.
Orqanik.az