Yeni elmi tədqiqat, təşviş, həyəcan simptomlarını azaltmaq üçün B6 vitamini əlavəsinin təsirini araşdırıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, alimlər 478 nəfət təşviş pozuntulu və depressiyalı insan üzərində eksperiment aparıb.
B6 vitamini ilə əlavə terapiya sinir oyanıqlığı ilə tormozlanma arasında balansı düzənləyir.
B qrup vitaminlər beynin və sinir sisteminin finksiyası üçün vacibdir.
Müxtəlif sinir-psixi pozulmalar, depressiya və həyəcanda yüksək dozalı B6 əlavəsi təyin edilə bilər.
Tədqiqat göstərib ki, B6 narahatlıq, təşviş simptomlarını azaldıb.
O hətta depressiyanın da səviyyəsini azaldıb.
B6 vitamini qarabaşaq, qoz, fındıq, ispanaq, kök, kələm, pomidor, portağal, limon və avokadoda boldur.
Amma qidalarla az doza əldə olunur.
Orqanik.az