İspaniyalı alimlər fəqərələr arasında olan disklərin yırtıqlarının yeni müalicə üsulunu hazırlayıblar. Bu ciddi xəstəliyə düçar olan insanlar hərəkət edərkən çox güclü ağrılarla üzləşirlər.
Bu vaxta qədər başqa müalicə üsulları (fizioterapiya, ağrısızlaşdırma) effekt vermədiyi halda həkimlər xəstəyə cərrahi əməliyyat aparmağa məcbur olurdular. Bu əməliyyatın nəticəsində diskin “çölə” çıxan hissəsi kəsilib çıxarılırdı.
Yeni müalicə üsulu hal-hazırda sınaqlardan keçirilir. Bu üsulun üstünlüyü ondadır ki, xəstə diskin sahəsinə iynə vasitəsi ilə ozon və oksigen qarışığı yeridilir. Bunun nəticəsində disk quruyub yığılır. Həkimlərin sözlərinə görə, bu yeni üsul bundan əvəllər istifadə olunan konservativ (əməliyyatsız) müalicə üsullarından 2 dəfə effektlidir.
Orqanik.az