Yeni ilə saylı günlər qalıb. Əgər Yeni ili ailəniz və sevdiklərinizlə evdə keçirməyi planlaşdırırsınızsa süfrələrinizdə kiçik toxunuşlar edərək hər kəsi təəccübləndirə bilərsiniz. Evdar.az yeni il süfrəsi üçün dekorasiya ideyalarını təqdim edir.
İÇİNDƏKİLƏR
Salfetləri Fərdiləşdirin
Kağız salfetlərdən yeni il fiqurları hazırlayıb ya da budaqlardan və darçın çubuqlarından istifadə edə bilərsiniz.
Şamları Fərqləndirin
Darçın çubuqları, budaqlar və ya yarpaqlar ilə şamlarınızı bəzəyərək yeni il mövzusu yarada bilərsiniz.
Meyvələrdən Faydalanın
Yeni il bərəkətlə gəlsin deyə süfrələrinizi nar və yaşıl yarpaqlarla bəzəyə bilərsiniz. Və ya mixək batırılmış portağallarla da bəzəyə bilərsiniz.
İşıqlardan Faydalanın
Yeni il ağaclarını bəzədiyiniz işıqları süfrə dekorasiyanızda da istifadə edə bilərsiniz.