Yeni doğulan körpənin doyduğu necə anlaşılır?

Yeni ana olan qadınları düşündürən əsas suallardan biri körpələrinə ana südünün yetib-yetmədiyidir.

İmmunitet.az körpənin ana südü ilə doyub-doymadığını anlamaq üçün faydalı məlumatları təqdim edir:

Əmizdirmə zamanı körpənin ana südünü kifayət qədər ala bilməsi üçün məmə və çevrəsini ağzına yaxşı almalıdır. Əmizdirmə zamanı udqunma səsləri və süd səsi gəlməli, çənəsinin hərəkətli olmasına diqqət edin. Sadəcə məmə ucunu tutan körpə kifayət qədər qidalanmır.

Südün yetərli olub – olmadığını uşağın günlük pampers dəyişimi, etdiyi kaka sayı və günlük, həftəlik, aylıq çəki kontrolu ilə yoxlaya bilərsiniz.

Gündəlik 5-6 pampers dəyişir, 3-5 dəfə yumşaq çölə gedirsə bu, körpələrin yaxşı qidalanması mənasına gəlir. Bundan əlavə olaraq doğuşdan sonra uşağa vitamin D verilməlidir.

Əgər körpənin qarnından lık-lık səsi gəlirsə, bu onun ana südünü artıqlaması ilə içdiyini göstərir. Bu zaman narahat olmayın.

Qeyd edək ki, ana südü ilə qidalanan körpə 2 həftə ərzində doğulduğu kilosuna geri dönər. Yeni doğanlar ilk aylarda gündə 25-30 qram qədər alırlar.

Əgər uşağınızda göstərici bu kilodan aşağıdırsa, bu zaman südünüzün keyfiyyətini deyil, miqdarını həkiminizlə dəyərləndirin. Əgər ana südü kifayıt etmirsə hazır qidalardan istifadə edilməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.