Azərbaycan toylarında yengə deyilən bir kəs olur. Çox vaxt xala, bibi, dayıarvadı (dayıdostu), əmiarvadı və s. təcrübəli qadın gənc qıza müəyyən məsləhətlər verir, onu toy gününə hazılayır. Bu yengə adəti qədim dövrlərdə olub və maraqlı bir adət də olub. Çünki o vaxtlar qızlar bilmirdi ki, toy gecə olanlar necə olur. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Lakin indiki dövrdə məncə, yengəyə ehtiyac yoxdur. Bu adəti yığışdırmaq yaxşı olardı. Onsuz da çox yerdə oğlanlar yengə qadından imtina edirlər. Əgər oğlan qızı bəyənibsə,onu qəbul edibsə,yengənin nə işi var?
Yengələr səhər açılanda bir-birlərinə şirinlik də verirlər. Bəzi yerlərdə yengə bəyin qolundan tutub onu gəlini yanına gətirir və qızı ona tapşırır. Bəzi kəndlərdə yengə üzərlik yandırır, bəzi yerlərdə yengə qızı soyundurur. Çox yerdə belə adət varmış ki, toy gecəsində bakirəlik pozulandan sonra yengə qızın qanlı döşəkağısını (dəsmalını) götürüb çıxardır və qohumlara gözaydınlığı verir. Oğlan qızla cinsi əlaqədən sonra bzəən döşəyin altına pul da qoyurdu ki, sonra yengə onun altından öz pulunu götürərdi. Hər yerin öz adəti var.
Orqanik.az